Menu
Geri İrəli

“Qara magiya” ilə məşğul olan qadın asılmış vəziyyətdə tapıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2014 • Baxış sayı: 388 dəfə • Şərh yoxdur
Share Button

maqiyaO, ölümündən əvvəl qonşulara məktub yazıb

Xaçmaz rayonunun Muxtadir kənd sakini, 76 yaşlı Suruxanım Seyifova evində asılmış vəziyyətdə tapılıb. Xaçmaz Rayon Polis Şöbəsindən vesti.az-a verilən xəbərə görə, S. Seyifovanın bir müddət gözə görünməməyi kənd sakinlərinin narahatlığına səbəb olub. Kənd sakinləri polisə müraciət edib. Sakinlərin yanında S. Seyifovanın mənzilinin içəridən bağlı qapısı qırılıb və o, asılmış vəziyyətdə tapılıb.

Ekspertizanın nəticələrinə görə, 76 yaşlı qadın 4 gün əvvəl keçinib. S. Seyifovanın müəmmalı ölümü kənddə söz-söhbətə səbəb olub.

Deyilənlərə görə, guya mərhumu əvvəl incidib, sonra asıblar. Qatillər pul axtarırmışlar.

Kənd sakinləri deyirlər ki, mərhum cadugərliklə məşğul olduğu üçün haqqında qəribə söhbətlər gəzirmiş.

Ancaq şayiələr həqiqətə uyğun deyil.

Bir müddət əvvəl evini satmış mərhumun pullarını Dağıstanda yaşayan oğlu ondan alıb. Ölümündən əvvəl 5 uşaq anası S. Seyifova qonşularına şikayət edirmiş ki, oğlu ona 1 manat olsun pul saxlamayıb.

Polisdən verilən məlumata görə isə, mərhumun 5 uşağından yalnız bir qızı Muxtadir kəndində yaşayır və o da anasıyla danışmır: “Onlar küsülü olub, səbəbini bilmirik. Hətta evdə ərinin 14 il əvvəl yazdığı məktub da tapılıb. Kişi qızının onun yasına buraxılmamasını tələb edib. İndi də qadın eyni xahişlə qonşularına müraciət edib. Bunlar hamısı çox qəribədir”.

Təxmin edilir ki, qadın övladları ola-ola tək qaldığına görə intihar edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın