Menu
Geri İrəli

Qaradağda DƏHŞƏTLİ QƏZA: yığma komandamızın keçmiş üzvü öldü – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 692 dəfə • Şərh yoxdur
Share Button

c3c73ead-1568-47bf-8afe-ae6f5949ad65Daxili İşlər Nazirliyi velosipedçilərin vurulması hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, avqustun 8-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi KİA markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

***

Bakının Qaradağ rayonunda qəza nəticəsində dünyasını dəyişən velosipedçinin şəxsiyyəti müəyyənləşdirilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasından “Report”a verilən məlumata görə, ölən şəxs federasiyasının keçmiş idmançısı, Azərbaycan yığma komandasının sabiq üzvü Akif Abdullayevdir.

Allah rəhmət eləsin!

***

Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Bakı dairəvi yolunun Lökbatan qəsəbəsi ərazisinə düşən hissəsində baş verib.

Belə ki, Tağıyev Şakir Zülfi oğlu idarə etdiyi BMW markalı avtomobillə yolu keçən iki velosipedçini vurub.

Arxada hərəkətdə olan KİA markalı avtomobildə BMW-yə çırpılıb. Nəticədə velosipedi sürən təxminən 35 yaşlı kişi hadisə yerində ölüb. Digər velosipedçi, 24 yaşlı Rəhimova soyadlı qız isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın