Menu
Geri İrəli

Rusiyanın daha bir təyyarəsi yerə çırpıldı: 40-dan çox ölü – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Noyabr 2015 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

Qəzadan sağ çıxmış 2 nəfərdən biri uşaqdır
c3b02fefced6407001c5a03f68557aca

Cənubi Sudanda qəzaya uğrayan AN-12 yük təyyarəsi Rusiya aviasiyasının reyestrində yoxdur. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə Rusiya nəqliyyat nazirliyinin müşaviri Janna Terexova açıqlama verib. Nazirlikdə olan bilgilərə əsasən, təyyarənin ekipaj üzvləri azad agentlər olub.

 

“İnterfax” xəbər agentliyinin yaydığı məlumata görə, bölgədə yük daşımaları ilə məşğul olan Rusiya aviaşirkətlərindən heç biri qəzaya uğramış təyyarənin onlara aid olduğu barədə açıqlama verməyiblər. Qəzaya uğramış AN-12 təyyarəsinin erməni şirkətlərindən birinə aid olduğu ehtimal edilir.

**

13:23

Cənubi Sudanda Cuba hava limanından havaya qalxan Rusiya təyyarəsi qəzaya uğrayıb. Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, “An-12” yük təyyarəsi hava limanından 800 metr aralıda yerə çırpılıb.

 

Sudanın hakimiyyət orqanlarının məlumatına görə, təyyarədə olan 20-yə yaxın adamdan 10-15 nəfəri sərnişinlər, 5 nəfər isə rusiyalı ekipaj üzvləri olub. Qəzadan cəmi iki nəfər sağ çıxıb. Onlardan biri heyət üzvü, digəri isə azyaşlıdır.

 

Qəzadan az sonra hadisə yerində ilkin araşdırmalar zamanı 40-dan çox cəsəd aşkarlanıb. Təyyarənin düşdüyü ərazidə ölən insanların sayı dəqiqləşdirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın