Menu
Geri İrəli

Sədrlə əri uşaqlarının gözü qarşısında öldürülüb- Qətlin təfərrüatı

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2015 • Baxış sayı: 1,581 dəfə • 1 şərh

96555Bu gün gecə öldürülən Abşeron rayon Saray bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovun qətlinin təfərrüatları məlum olub.

vesti.az-a xəbər verir ki, qətli törədən 1980-ci il təvəllüdlü Saray qəsəbəsi sakini Fədail Hüseynovun makler olaraq çalışdığı deyilir.

Məlum olub ki, cinayət gecə saat 1 radələrində törədilib. Cinayətkar evə daxil olarkən evdə nəinki Əbilhəsənov cütlüyü, bələdiyyə sədrinin qayınanası və qaynatası, həmçinin iki uşağı da olub. Bundan başqa, cinayətin uşaqların gözləri qarşısında törədildiyi bildirilir. Qatil əvvəlcə mərhum sədrin yoldaşına çoxlu sayda bıçaq zərbələri endirib, daha sonra yoldaşının boğasını kəsib.

İlkin ehtimala cinayət qisas məqsədi ilə törədilib. Belə ki, qatil evdən heç bir şey götürməyib.

Facebook Şərhləndirmə:

“Sədrlə əri uşaqlarının gözü qarşısında öldürülüb- Qətlin təfərrüatı” yazısına bir cavab

  1. ilahe deyir:

    allah rehmet elesin uwaqlara ve ailesine sebir versin o birine ise omurluk gullelenme

Şərhinizi yazın