Menu
Geri İrəli

Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbəsini öldürən tutluldu – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Dekabr 2013 • Baxış sayı: 871 dəfə • 1 şərh

hebsÖtən gecə sumqayıtda dəhşətli qətl hadisəsi baş verib. 18 yaşlı gənc köhnə tanışı tərəfindən 5 bıcaq zərbəsi ilə vurularaq öldürülüb. qətli törədən şəxs artıq saxlanılıb.

Sumqayıt dövlət univeristetinin tələbəsi amansızcasına qətlə yetirilib. Hadisə ötən gecə saatlarında şəhərin 47-ci məhəlləsində qeydə alınıb.

Hadisəyə gəlincə, Sumqayıt şəhər sakini 18 yaşlı Məmmədsaleh Şükürov köhnə tanışı olan 17 yaşlı Ruslan Quliyevlə aralarında olan söz-söhbətə aydınlıq gətirmək üçün 47-ci məhəllədəki hasara alınmış ərazidə öncə mübahisə ediblər bir-birilərini başa düşməyən qənclər arasında sonradan dava düşüvb. Mərhum Məmmədsaleh Şükürov, Ruslan Quliyevdən 5 bıcaq zərbəsi alıb. Bicaqlanan şəxs dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılsada, lakin onun həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanadan verilən məlumata görə, Məmmədsaleh Şükürov çoxlu qan itirdikdən dünyasını dəyişib.

 Dərhal hadisədən xəbər tutan Sumqayıt Şəhər Polis idarəsinin və Prokurorluğunun əməkdaşları, sözü gedən əraziyə baxış keçirdiblər. İsti izlərlə aparılmış əməliyyat axtarış tədbirləri qısa vaxtda öz bəhrəsini verib. Qətli törədən Ruslan Quliyev Yaşadığı mənzilə daxil olarkən saxlanılıb.

Qeyd edək ki, saxlanılan Ruslan Quliyevin atası Rafael Quliyev və anası Lilya Palubinskaya hal-hazırda məhkumluq həyatı yaşayır. Qətli məhz söyüş üstündə törətdiyini bildirən Ruslan Quliyev bir ildir mərhumla mübahisəli məsələsi olduğunu dedi.

 Məlumat üçün bildirək ki, 5 bıcaq zərbəsi ilə vəhşicəsinə öldürülən, 18 yaşlı gənc Məmmədsaleh Şükürov Sumqayıt dövlət univeristetinin 1-ci kurs tələbəsi idi.Fatkla bağlı Sumqayıt Şəhər Prokurorluğununda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır. dunyatv.az

Facebook Şərhləndirmə:

“Sumqayıt Dövlət Universitetinin birinci kurs tələbəsini öldürən tutluldu – VİDEO” yazısına bir cavab

  1. cahandar deyir:

    allah rehmet elesin

Şərhinizi yazın