Menu
Geri İrəli

Sumqayıtda 3 yaşlı uşağın ölümü ilə bağlı məhkəmədə YENİ FAKTLAR ortaya çıxdı – Sənəd saxtakarlığı

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2017 • Baxış sayı: 1,148 dəfə • Şərh yoxdur

mehkemeSumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə uşağı əməliyyat edən cərrah İlham Ağayev ifadə verib. Həkim cərrah bildirib ki, guya əməliyyata həkim anestezioloq İş Qəmbərov nəzarət edib və o cavabdehlik daşıyıb.

Prosesdə məlum olub ki, hadisədən sonra xəstənin xəstəlik tarixçəsi saxtalaşdırılıb. Təqsirləndirilən şəxs İ. Qəmbərovun vəkili Əli Hüseynov bildirib ki, xəstəlik tarixçəsi məhkəmə tibb ekspertizasına təqdim ediləndə sənəddə həkim-anestezioloqun səhlənkarlığı gösdtərilməyib. Belə ki, əməliyyatdan sonra cərrah xəstəyə baxış keçirib və tarixçəyə qeuydlər edib. Qeyddə göstərilib ki, əməliyyatdanb sonra uşağın səhhəti əməliyyata uyğun olaraq normaldır. Amma, axşam saatlarında uşaq qusma zamanı nəfəs çatışmazlığılndan dünyasını dəyişib. Xəstə dünyasını dəyişəndən sonra isə tarixçə saxtalaşdırılıb və həkim-anestezioloqun xəstəyə biganə yanaşması qeyd edilib.

Vəkil tarixçənin saxtalaşdırılması ilə bağlı məhkəməyə hadisədən sonra uşağın meyitini müayinə edən ekspertin izahatını da məhkəməyə təqdim edib. İzahatda göstərilib ki, xəstəlik tarixçəsi müayinədən sonra saxtalaşdırılıb.

İş üzrə növbəti məhkəmə prosesi iyulun 5-nə təyin olunub.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

Xatırladaq ki, İ.Qəmbərovun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın