Menu
Geri İrəli

Sumqayıtda azyaşlı uşağı oğurlayan qadının kassasiya şikayətinə baxılıb

Müəllif: sumqayitxeber.com • Tarix: 31 Oktyabr 2016 • Baxış sayı: 575 dəfə • Şərh yoxdur

usaq oqrusuAli Məhkəmədə Sumqayıtda azyaşlı uşağı oğurlamaqda təqsirləndirilən Xırda Babayeva barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu barədə “Report”a vəkil Anar Qasımlı məlumat verib.
Vəkilin sözlərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, hadisə 2014-cü ilin il avqust ayının 3-də Sumqayıt şəhərində baş verib. Sumqayıt sakini Aysel Əhmədova Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək bildirib ki, azyaşlı uşaqları ilə birlikdə parkda olarkən 2 aylıq qızı Aylin tanımadığı qadın tərəfindən oğurlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini X.Babayeva tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Babayeva 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsi X.Babayevanın apellyasiya şikayətini qismən təmin edib. Belə ki, onun cəzası 10 ilə endirilib. Daha sonra məhkum kassasiya şikayəti ilə Ali Məhkəməytə müraciət edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın