Menu
Geri İrəli

Sumqayıtda kleptoman iş başında yaxalandı

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2014 • Baxış sayı: 383 dəfə • Şərh yoxdur

gul ogrusuCeyhundan fərqli olaraq digər oğruların niyyəti isə bir qədər fərqli olub.

Sumqayıt şəhərində parkların abadlaşdırılması üçün əkilən gülləri oğurlayan şəxslər saxlanılıb.

Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, gecə saatlarında gülləri oğurlayanlar elə iş başındaca polislər tərəfindən ifşa edilib. Saxlanılan şəxslərdən biri Ceyhun Hacıəli gülləri sadəcə xoşladığı üçün bu yola əl atdığını bildirir.

Ceyhundan fərqli olaraq digər gül oğrularının niyyəti isə bir qədər fərqli olub. Səbəbi öyrənəndə isə bəlkə onları qınayan şəxslər bu fikirlərindən daşınacaqlar.

Hadisə ilə bağlı 4-cü polis bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar artıq Sumqayıt şəhər polis idarəsinə göndərilib. Gül oğrularının bu əməllərinə görə cəzalarının miqdarı isə araşdırmalardan sonra məlum olacaq.

Qeyd edək ki, kleptomaniya – psixoloji xəstəlikdir. Elə insanlar hər hansı bir əşyaya ehtiyacı olmadığı və ya onu ala biləcək qədər maddi vəziyyəti yaxşı olduğu bir halda oğurluq edərək o əşyaya sahib olurlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın