Menu
Geri İrəli

Sumqayıtda mağaza sahibi oğurluq etmək istəyən keçmiş məhkumu yaxalayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Mart 2014 • Baxış sayı: 406 dəfə • Şərh yoxdur

Sumqayıtda mağazadan oğurluq etmək istəyən şəxs saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Sumqayıtda paltar mağazasından oğurluğa cəhd göstərmiş şəxs obyektin sahibi tərəfindən saxlanılıb. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları oğurluğa cəhd etmiş şəxsin kimliyini müəyyən ediblər.

Məlum olub ki, oğurluğa cəhd göstərmiş şəxs əvvəllər də məhkum olunmuş Kiçiknicat Arif Mirzağa oğludur. Hazırda A.Kiçiknicatın ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxsin digər oxşar başqa cinayətlərdə əli olub-olmadığı araşdırılır.

hebs

Facebook Şərhləndirmə:

Şərhinizi yazın