Menu
Geri İrəli

Sumqayıtda qadını çılpaq şəkilləri ilə şantaj edən kişiyə ağır cəza

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2015 • Baxış sayı: 779 dəfə • Şərh yoxdur
 1443763285_1443697894Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilən Yaşar Əbdülrəhimovun  cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Yaşar Əbdülrəhimov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt şəhərində Yaşar Əbrülrəhimov sosial şəbəkədə tanış olduğu Samirə (ad şərtidir) adlı qadını çılpaq şəkillərini yayacağı ilə şantaj edib. O, Samirədən 200 manat, brilliant üzük və s. götürüb.

Ümumilikdə o, qadına 12350 manat ziyan vurub. Yaşar Əbrülrəhimov qızıl ziniyət əşyalarını lombarda qoyub. O, Samirəyə pulu qaytaracağını bildirsə də, qaytarmayıb. Qadın bununla bağlı polisə müraciət edib.

Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Yaşar  Əbdülrəhimov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın