Menu
Geri İrəli

Sumqayıtda qəzaya düşən həkimi Bakıya gətirən təcili yardım avtomobili qəzaya uğrayıb

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Noyabr 2014 • Baxış sayı: 868 dəfə • Şərh yoxdur
Share Button

03da01e0b39b63df6809d6190e8fe164Bakıda özəl klinikalardan birinin təcili yardım maşını qəzaya uğrayıb.

APA-nın məlumatına görə, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. Azadlıq prospekti ilə kəsişmədə təcili yardım avtomobili “KİA” markalı minik maşını ilə toqquşub və aşıb.

Avtomobilin sürücüsü Ramiz İbrahimovun APA-ya verdiyi məlumata görə, klinikanın həkimlərindən biri Sumqayıtda yol qəzasına uğrayıb və beyin xəsarəti alıb. Onu Bakıya gətirmək üçün tələsən təcili yardım avtomobili sayrışan işıqlarla və mikrofonla xəbərdarlıq edərək, yol kəsişməsində işıqforun qırmızı işığında hərəkətini davam etdirib. İşıqforun yaşıl işığında keçən “KİA” markalı avtomobil təcili yardım maşınına çırpılıb və ambulans aşıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın