Menu
Geri İrəli

Üç yaşlı uşağın ölümündə təqsirləndirilən həkimin məhkəməsində şahidlər dindirilib – SUMQAYITDA

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2017 • Baxış sayı: 252 dəfə • Şərh yoxdur
Share Button

mehkemeSumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Əli Hüseynov APA-ya açıqlamasında bildirib ki, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Klinikada baş tibb bacısı vəzifəsində işləyən Ləzifə Xəlilova ibtidai istintaqa ifadəsini təkzib edib. O bildirib ki, anesteloji vəsaitlər jurnalında düzəlişlərin aparılmasından xəbəri olmayıb: “Bu halı yalnız müstəntiq öz otağında mənə dedi. Orda yazılıb ki, guya mən jurnalın saxtalaşdırılmasından xəbərdar olmuşam, hətta tibb bacısı Rəhimə Abdullayevaya jurnalda saxtakarlıq etdiyinə görə irad tutmuşam. Halbuki bu yalandır. Mənim heç nədən xəbərim olmayıb və Rəhimə Abdullayevaya heç nə deməmişəm”.

Digər şahid Röya Əliyeva da ibtidai istintaq zamanı verdiyi ifadəsini təkzib edərək deyib ki, dünyasını dəyişən Arzu Qurbanlının anası Xəyalə Qurbanlı ona qızının əməliyyatdan sonra narkozdan ayılmaması və vəziyyətinin get-gedə ağırlaşması barədə heç bir söz deməyib: “Ümumiyyətlə, bizim aramızda uşağın səhhəti ilə bağlı heç bir söhbət olmayıb”.

Şahidin sözlərinə görə, hadisə günü saat 21:00 radələrində o, palataya girərkən, Arzu Qurbanlını arxası üstə uzanmış vəziyyətdə görüb.

Proses oktyabrın 18-də davam etdiriləcək.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki “Real” Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə – hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanılıb və “Real” Tibb Mərkəzinin həkim-anestezioloqu İ.Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.

İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın