Menu
Geri İrəli

Tamahla ölüm arasındakı azərbaycanlı: “Niyə taylarım 300 minlik Gelandewagen sürür, mən yox”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 442 dəfə • Şərh yoxdur
Share Button

247157_00Paxıllıq və tamah ağır cinayətlərə yol açır. Bakı yaxınlığında baş verən cinayət isə çox ilgincdir. Tamahdan yaranan cinayət başqasına yox, adamın özünə qarşı yönəlmişdi.

Abşeron rayonunda dünən 12-mərtəbəli binanın damına çıxaraq atılmaq istəyən 24 yaşlı Elnur Salahov özünü çatmadığı arzu və istəklərinə qurban vermək istəyirmiş. Bütün hüquq-mühafizə orqanlarını bir-birinə qatan gənci söhbətə tutaraq fürsət gözləyən xilasedicilər əlverişli məqam tapıb onu ölümün cəngindən alıblar. Polisə gətirilərək dindirilən E.Salahovun ifadəsi isə böyük maraq yaradıb.

Abşeron Rayon Polis Şöbəsindən Milli.Az öyrəndi ki, gənc oğlan özünü öldürməyin səbəbini belə əsaslandırıb: “Niyə taylarım 300 min manatlıq Gelandewagen, 100 min manatlıq Jeep sürür, mən isə yox? Onlardan nəyim əksikdir axı? Başqasının villaları var, mənim yox. Mənə də dövlət pul versin, özümə şərait qurum”.

Polis müəyyən edib ki, E.Salahov belə hallara öyrəncəli adamdır. Dəfələrlə özünü doğrayaraq ailəsinin də qarşısına tələblər qoyurmuş. Hətta məlumat əldə etdik ki, dövlət tərəfindən onun atasına ev verilib, təmir etdirilib.

Qeyd edək ki, E.Salahov Masazır qəsəbəsində, qəsəbə bələdiyyəsinin yaxınlığında yerləşən 12-mərtəbəli binanın damına çıxaraq özünü binadan atacağını deyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları gəliblər. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın