Menu
Geri İrəli

Yanğında xəsarət alan jurnalist Sevinc Fədaiyə 7500 manat verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 25 May 2015 • Baxış sayı: 274 dəfə • Şərh yoxdur

teleqraf.com1432113127sevinc-fedaiiMayın 19-da Bakının Binəqədi rayonunda baş verən dəhşətli yanğında zərərçəkən jurnalist Sevinc Fədaiyə kompensasiya ödənilib. Bu barədə Lent.az-a jurnalistin həyat yoldaşı Mövlud Mövlud məlumat verib.

O deyib edib ki, bu gün banka gedərək verilən məbləğin bir qismini alıblar: “Ev sahibinə kompensasiya kimi ödənilən 20 min manatdan 7 min 500 manat bizə verildi”.

Mövlud Mövlud həyat yoldaşı Sevinc Fədainin səhhəti ilə bağlı da danışıb. O, Sevinc Fədainin sətəlcəm xəstəliyinə tutulduğunu deyib: “Xəstəliklə bağlı da müraciət olunacaq. Çalışırıq ki, xəsarətə görə dəymiş ziyana da maddi yardım verilsin”.

Qeyd edək ki, yanan binada kirayədə qalan jurnalist ailəsinin 3 üzvü – Sevinc Fədai, anası və 40 günlük körpə oğlu yanğın zamanı FHN-nin xilasediciləri tərəfindən binadan çıxarılmışdı.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın