Menu
Geri İrəli

Silikon Vadisində Azərbaycanı təmsil edən sumqayıtlı həkimlə MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 11 İyul 2016 • Baxış sayı: 782 dəfə • Şərh yoxdur

17949Məlumat verdiyimiz kimi, hər il ABŞ Dövlət Departamenti və AAAS ( Amerika Elmə Dəstək Assosiasiyası) tərəfindən Elm və Texnologiya üzrə Qlobal Sammit (GİST) keçirilir.

Belə ki, GİST çərçivəsində hər il ən yaxşı innovativ ideyaları seçilir və sammitdə iştirak hüququ  qazanır.

Bir müddət də öncə bildirdiyimiz kimi, Azərbaycanı bu müsabiqədə HealthBox adlı innovativ layihə ilə Leyla Tağızadə təmsil edirdi.

Leyla Tağızadə ölkəmizi təmsil etmək üçün 20-24 iyun tarixlərində ABŞ-ın Kaliforniya ştatında, dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisində keçirilən  qlobal sammitə qatılıb.

Qeyd edək ki, bu il sammit dünyanın ən məşhur universitetlərindən hesab edilən Stanford-da baş tutub.

Xeberler.az olaraq Leyla Tağızadə ilə sammit barədə daha ətraflı söhbət etdik.

Həmyerlimiz ilə müsahibəni təqdim edirik:

-Leyla xanım, bu il Azərbaycanı ilk  dəfə olarq GİST-də xanım  olaraq siz təmsil etdiniz. Sözsüz ki,  konfransa qatılmadan  öncə hazırlaşmışdınız. Health Box-u inkişaf etdirdinizmi?

- Əlbəttə, necə deyərlər  ehtiyat  igidin yaraşığıdır. Dünyanın İT mərkəzi hesab edilən  Silikon Vadisində  çıxış etmək insandan daha çox  məsuliyyət   tələb edir. Təqdimat materialının üzərində ciddi işlədik. Şəbəkələşmək ücün bir sıra  işlər gördük.  GİST -ə qatılmazdan  öncə artıq   HealthBox-un  Android versiyasını təqdim etmişdik.

  -GİST-in finalçısı olmaq sizdə fərqlilik hissi yaradırdımı?

- GİST finalçısı olmaq   doğrudan da fərəhli bir hiss idi. Azərbaycanı  ABŞ-da innovativ layihə ilə təmsil etmək şərəfinə nail olmaq  bir qədər də bizi ruhlandırırdı. Bu il yarışmanın Silicon Vadisindəki məşhur  Stanford Universitetində kecirilməsi isə ikiqat fürsət oldu.

Məlum olduğu kimi, bu il GİST dünyanın ən yaxşı universitetlərindən hesab edilən, startap layihələri yetişdirən Stanford Universitetində təşkil edildi.  Universiteti gəzə bildinizmi? Tanınmış İT mütəxəssislərdən kimlərlə görüşə bildiniz?

- Stanford Universiteti qədim və nüfuzlu təhsil qurumlarından  biridir. GES2016 və GİST-i Tech onun yalnız bir hissəsində təşkil edilmişdi. Universitet o qədər böyükdür ki, onun daxilində  hərəkət etmək üçün pulsuz avtobuslar fəaliyyət göstərir. Universitet GES 2016 sammitinin iştirakçıları ücün xüsusi imkanlar təklif etmişdi. Məsələn, GES2016  nişanından istifadə edərək, tələbə və müəllimlərindən başqa  girişi hamıya qadağan edilən məşhur Stanford kitabxanasını ziyarət etdim, ixtisasca həkim olduğumdan  mütləq Stanford Tibb Məktəbinə də  baş çəkdim (gülür).  Bu il GES2016 çox möhtəşəm keçdi.  Yaxın zamanda da bu uğuru təkrarlaya  biləcək bir İT tədbiri görmürəm. Tədbir İT dünyasının bütün ulduz və məhşurlarını bir yerə toplamışdı. Texnologiya dünyasının nəhəngləri AirBnb, Uber, Facebook, Google-un  təsisçi və CEO-larnın rəhbərliyi ilə bir sıra master klasslarda  iştirak  edə bildik.

Sammit  üçün Amerikaya nə zman getdiniz, kimlər qarşıladı sizi ?

- Sammitdə iştirak ücün iyunun17-i  yola düşmüşdüm.  Bizi AAAS-in koordinatorları elə hava limanında qarşıladılar.

Məlumatımıza görə, sammitdən əvvəl finalçılar üçün təlimlər də təşkil edilib.

-Bəli, finalçılar üçün  iki günlük təlimlər təşkil edildi. Təlimlər əsasən investorlar qarşısında təqdimat etmək bacarığı, bisnes modellər, bazarın təhlili, trans mədəni aspektlər istiqamətində idi.

-  Təlimləri kimlər keçirdi? Əsasən hansı istiqamətdə məlumatlara yiyələndiniz?

- Təlim AAAS və ABŞ dövlət departamenti tərəfidən təşkil edilmişdi. Təlimçilər isə Nova Group-un partnyorları  Jorden Woods və  Radhika  Iyengar-Emens tərəfindən keçirilirdi.   Bundan əlavə hər bir finalçı  ilə ayrıca  mentor və təlimçi  məşğul olurdu.  Natiqlik və pitching ( layihələrin qısamüddətli təqdimati) ilə bağlı  Holivud produseri Jeff Hoffmandan dərslər aldıq.

-  Təlim vaxtı finalçılarla yaxından tanış olmaq imkanınız oldumu? Hansı ölkələrdən finalçılar var idi? Hazırda da onlarla əlaqəniz varmı?

-24  ölkədən finalçılar  vardı.  Bildiyiniz kimi,  bu yarışmaya ərizə verən 135 ölkədən yalnız 24 ölkə final vəsiqə qazana bilib.  Bu qədər müxtəlif və rəngarəng qrup içərisində olmaq doğrudan da maraqlı və faydalı idi.

Konfransın açılışı necə oldu? GİST-də iştirak edən  azərbaycanlılar  çox idi ?

- GİST-də Azərbaycanı təmsil edən tək nümayəndə mən idim.   Lakin GES2016 və GES+ tədbirlərində  həmyerlilərimiz Ağahüseyn  Əhmədov  və Zara  Hüseynova  da  iştirak edirdi.

 

-  Amerikanın İKT sektoru, startap sahəsi ilə bağlı müşahidə etdiyiniz maraqlı məqamları bölüşərdiniz zəhmət olmasa

- Silikon Vadisində olan mühit səni istər- istəməz uğura gətirib cıxarır. Çünki onlarda paylaşma mədəniyyəti hökm sürür. Təcrübəli və yaşlı nəsil gələcək nəslin uğuru  ücün bilik, təcrübə, tovsiyə, əlaqə, maliyyə dəstəyini əsirgəmir.

Sammitdə əsasən  hansı ölkələr aktiv idi?

-  Sammitdə ən aktiv İordaniya və Misir təmsilçiləri idil. Hətta İordaniya finalçılarını İordaniya Həşimit Krallığının kraliçası Raniya öz  Twitter profilində cox aktiv dəstəkləyirdi.

-Layihənizi təqdimat etdikdən sonra HealthBox-a qarşı maraq necə oldu? Layihəyə yatırım etmək istəyənlər oldumu?

-Bəli, layihəmizə qarşı çox müsbət münasibət müşahidə etdik. GES2016 əsas tərəfdaşı olan Founder İnstitute-dan  layihəmizi inkişaf etdirmək üçün dəstək təklif almışıq. Bu əvəzedilməz təklifdir. Bununla yanaşı, həm də Türkiyənin B-fit akselaratorundan da əməkdaşlıq təklifi almışıq.

Məlumatımıza görə, konfransın açılışını Barak Obama edib, Obama ilə danışmağa, sual verməyə imkanınız oldumu?

-Hər bir finalçı  J.Kerry və B.Obamanın iştirak etdiyi açılış sessiyasına      vəsiqə qazanmışdı. Obama sammitin açılışını elan edib, hər bir iştirakçını salamladı və yarışmada onlara uğur arzuladı.

 

-  Konfrans müddətdində texnologiya nəhənglərindən kimlərlə tanış oldunuz? Bizim ölkədəki startaplara maraq göstərənlər varmı?

- Konfrans ərzində Amerikada Azərbaycanın startap ekosisteminə yatırım edən insanların çox  olduğunu müşahidə etdim.  Next Step İnnovasiya Mərkəzinin təsisçilərindən biri Naeem Zafar yarışmada həm münsif, həm də mentor və təlimçi kimi cıxış edirdi.Onunla yaxından tanış olmağıma cox şadam. Naeem Zafardan layihəmizlə əlaqədar çox faydalı məsləhətlər də ala bildim.

Onlarla əsasən hansı istiqamətdə söhbətləriniz oldu?  Gələcəkdə də onlarla əməkdaşlıq üçün münasibət formalaşdıra bildinimiz?

- Bəli, qeyd etməliyəm ki, GİST finalı bitdikdən sonra, hər bir finalçı mentor kimi çıxış edən investorlardan 3 aylıq   dəstək ( Follow up) alır .

-Sizcə, belə bir beynəlxalq tədbirdə iştirakınız gələcək fəaliyyətinizə necə göstərəcək?

-  Ümid edirəm ki, bu sammitdə iştirak  bizim  fəaliyyətimizdə çox faydalı olacaq. Bizim ölkədə bu sammit təəssüflər olsun ki,  hələ  dar  bir dairədə tanınır. Başqa ölkələrin təmsilçiləri  isə nazirliklər və hökumətlər səviyyəsində dəstəklənir. Buna baxmayaraq, e-səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ümid edirəm ki, gələcəkdə Səhiyyə Nazirliyi,  Rabitə və Yüksək Texnologiya Nazirliyi ilə əhalinin tibbi xidmətlərlə təminatını  daha mükəmməlləşdirmək ücün  əməkdaşlıq edə biləcəyik. İT səhiyyədə sektorunda  tibbi xidmətlərə əlcatanlığı yüksəltmək ücün faydalı vasitədir. Ona görə düşünürəm ki, belə bir  innovative  sammitdə iştirakımız   beynəlxalq rəy almış təcrübəsi olan və komanda formalaşdırdı.

 

Dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisində olmaq necə bir hiss idi, Vadini gəzə bildinimiz?

- Həmişə haqqında eşitdiyimiz, bir çoxlarımızın arzusunda olduğu Vadidə  olmaq   təkrar olunmaz bir hissdir. Silikon Vadisinin əhval -ruhiyyəsini duymaq, məşhur şirkətlərdə olmaq bizim üçün yüksək motivasiya oldu.

-  Dünyanın İT mərkəzində bir neçə gün qalıbsınız. Yəin ki, səyahətiniz zamanı  başınıza maraqlı hadisələr də gəlib. Xeberler.az oxucuları  ilə də bunları bölüşərdiniz

- Başıma gələn ən maraqlı hadisə  Uber  ilə bağlı oldu. Doğrudan da texnologiyanın uğuru ücün məkanın əsas rol oynadığını bir daha artıq öz təcrübəmdə sübut etdim. Məlumdur ki, Azərbaycanda Uber digər ölkələrdən fərqli fəaliyyət göstərir. Çünki  ölkəmizdə binadan cıxan kimi 10 dənə taksi sürücüsü qabağına qaçır .  Amma San Fransiskoda  taksilər sanki  Uber-lə həmrəy olub gizləniblər. Belə ki,  küçədə bir dənə də  taksi tapmaq mümküm deyil. Uber də hamının dilindədir. İlk dəfə Uber-i  orda istifadə etdik,  Uberin bütün siyasət və müştəri  razılaşmalarını pozmaq şərti ilə ( gülür).  Sağ olsun başa düşən taksi sürücüsünə rast gəldik  və 6 dollara bütün San-Fransiskonu dolaşdıq.

Məltəm Talıbzadə

Facebook Şərhləndirmə:

Şərhinizi yazın