Menu
Geri İrəli

“Sumqayıt”ın ən güclü futbolçusu mənəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2017 • Baxış sayı: 118 dəfə • Şərh yoxdur

img_0dbc6295d614ee757aaf678292f8bdeb150503023992“Sumqayıt” sosial media üzərindən yeni rubrikaya start verib.

Rekord.az xəbər verir ki, sözügedən komandanın futbolçuları sosial şəbəkələrdən azarkeşlər tərəfindən ünvanlanan sualları cavablandıracaq.

Rubrikanın ilk qonağı 32 nömrəli futbolçu Rəşad Eyyubov olub. Azarkeşlər tərəfindən ünvanlanan suallara adıçəkilən futbolçunun cavablarını təqdim edirik:

- Futbola harada başlamısan?
- Futbolla uşaqlıqdan maraqlanıram. Bu sahədə ilk addımlarımı Ukraynanın Odessa şəhərinin futbol məktəblərinin birində atmışam.

- “Sumqayıt” Avroliqaya vəsiqə qazana biləcəkmi?
- Hazırda çox yaxşı komandamız var. Gündən-günə irəliləyişimiz hiss olunur. Bütün komanda olaraq uğurlu nəticəyə köklənmişik. Bunu bacaracağımıza ümidvaram.

- Legioner həyatı yaşamağı düşünürsənmi?
- Əlbəttə.

- Ən böyük arzun hansı klubda oynamaqdı?
- London “Arsenal”ında.

- “Qəbələ”də oynadığın mövqedə niyə oynamırsan?
- Mən universal futbolçuyam (gülür). Əlbəttə, baş məşqçimiz harada məsləhət görürsə, orada da oynayıram.
- Çox klubda forma geyinmisən, yaddaşından silinməyəcək klub hansıdı?
- “Xəzər Lənkəran”.
- Kristian Ronaldo, yoxsa Lionel Messi?
- Heç biri.
- Özünü İniestaya bənzədirsən?
- Xeyr.
- “Qarabağ”dan Çempionlar Liqasında hansı nəticəni gözləyirsən?
- Öncə “Qarabağ”ı ÇL-in qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edirəm. Bu mərhələyə gəlib çatmaq Azərbaycan futbolu üçün böyük uğurdu. Nəticəyə gəldikdə isə, reallıqla yanaşsaq, “Qarabağ”ın düşdüyü qrupda uğurlu nəticə qazanıb növbəti mərhələyə yüksəlməsi çox çətin olacaq. Amma, ən azından Avropa Liqasının 1/16 final mərhələsindən yoluna davam edəcəyinə ümid edirəm.
- “Qarabağ”, yoxsa “Çelsi”?
- “Qarabağ”.
- “Neftçi” ilə oyunda azarkeşlərlə selfi çəkdirərsən?
- Əlbəttə.
- Əslən haralısan?
- Sumqayıtda anadan olmuşam.
- Niyə məhz 32 nömrəli formanı geyinirsən?
- Mənim üçün nömrə fərqi yoxdu. Əksər klublarda bu nömrə çox vaxt lazımsız olub. Boş olduğu üçün məcburiyyətdən seçmişəm (gülür).
- Sənə görə “Sumqayıt”ın ən yaxşı futbolçusu kimdi?
- Rəşad Eyyubov (gülür).
- Komandada özünə ən yaxın bildiyin futbolçu kimdi?
- Bütün futbolçularla münasibətim yaxşıdı. Biz bir ailəyik.
- Özünü millidə oynamağa hazır sayırsan?
- Əvvəl də oynamışam, indi də çağırsalar, can-başla kömək edərəm. Milli komandamızın mənafeyi bizim üçün hər zaman birincidi.
- Niyə məhz “Sumqayıt”?
- Bu klubun rəhbərliyi və məşqçi heyətinin mənə qarşı münasibəti seçimimin əsas səbəbidi.
- Azarkeşlərə nə demək istərdin?
- Daim yanımızda olan fanatlara buradan təşəkkür edirəm.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın