Menu
Geri İrəli

Sumqayıtın millət vəkili: “Türkiyə Ermənistanla sərhəddini açsa belə…”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Dekabr 2013 • Baxış sayı: 450 dəfə • Şərh yoxdur

musa_qasiml_i1Türkiyə – Ermənistan münasibətlərinin normallaşması Ermənistanın siyasətinə yenidən baxmasından keçir. Yəni tarixdə olmayan, uydurma soyqırımdan, təzminat tələbindən, torpaq iddialarından imtina edəcəksə, Azərbaycanın işğal edilmiş ərazilərini azad edəcəksə o zaman iki ölkə arasında münasibətlərdə normallaşmadan söhbət gedə bilər. Bu sözləri “OLAYLAR”a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, hər hansı bir “yol xəritəsi”nin təqdim edilməsi əgər münasibətlərin normallaşmasına yönəlibsə çox müsbət qiymətləndirilməlidir. Musa Qasımlı vurğulayıb ki, Ermənistanın siyasəti normallaşma münasibətlərinə əngəl törədir. Millət vəkili həmçinin Ermənistanın siyasətinin dəyişəcəyinə nikbin yanaşmadığını bildirib.

Musa Qasımlı Ermənistanın düşmənçilik siyasətindən əl çəkməyəcəyini bildirib: “Türkiyə xoşniyyət nümayiş etdirib Ermənistanla sərhəddini açsa belə ermənilər heç bir zaman uydurma soyqırım, torpaq, təzminat tələblərindən imtina etməyəcək və Azərbaycana qarşı düşmənçiliklərindən əl çəkməyəcəklər”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın