Menu
Geri İrəli

“Sumqayıt”lı futbolçu: “Ola bilər siz Foqtsu Matteusla səhv salırsınız”

Müəllif: sumqayitxeber.com • Tarix: 22 May 2013 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

“Sumqayıt”ın və Azərbaycan milli komandasının futbolçusu  Pərdis Fərcad-Azad  Almaniyanın transfermarket.de saytına müsahibə verib. Müsahibədə Pərdis bir sıra məqamlara toxunmaqla yanşı, millimizdəki çıxışlarına da münasibət bildirib.

- Azərbaycan millisinə dəvət almağınız necə baş tutdu?

- Bu mövsümün əvvəlində çempionatda vacib qollar vurmaqla özümü doğrultdum. Mənim nənəm Bakıda doğulub. Ona görə də Azərbaycan millisində oynamaq imkanım yaranmışdı. Millidə oynamaq mənim başlıca hədəfim idi. Belə şansı əldən buraxmaq olmaz. Ötən il noyabrın sonlarında millinin hazırlıq prosesinə çağırıldım. Orada özümü doğrulda bildim. Baş məşqçi Berti Foqts dedi ki, Lüksemburq və Portuqaliya ilə oyunlar öncəsi məni Dubaydakı təlim-məşq toplanışına da aparacaq. Sonra əsas heyətdə yer aldım. Düzü, bu, mənim üçün gözlənilməz oldu.

- Berti Foqtsu əvvəlcədən tanıyırdınız?

- Əlbəttə. Onu hansı azarkeş tanımaz ki? Amma şəxsi tanışlığımız yox idi.

- Foqts hazırda Almaniyada daha ən yaxşı məşqçi sayılmır. Onu necə xarakterizə edə bilərsiniz?

- Ola bilər siz Foqtsu Matteusla səhv salırsınız (gülür). Mən başqa fikirdəyəm. Almaniyanı son dəfə məhz Foqts çempion edib. Onunla tanış olmaqdan şadam. O, yaxşı məşqçidir. Onun futbol haqda fikirləri dəqiqdir.

- Milli komandada hansı dildə danışırsınız?

- Azərbaycan dilində. Mən artıq bir ilə yaxındır buradayam və azərbaycanda yaxşı başa düşürəm.

- Sizin milli komandada oynayan futbolçularla münasibətləriniz necədir?

- Onlarla futboldan kənar tez-tez görüşmürük. Çünki başqa-başqa klublarda oynayırıq. Əsasən “Sumqayıt”dakı komanda yoldaşlarımla görüşürəm. Çünki eyni şəhərdəyik.

- İki il əvvəl Azərbaycan millisində oynayacağınızı təsəvvür edirdiniz?

- Yox. Nə vaxtsa 40 min azarkeş qarşısında Portuqaliyaya qarşı oynamaq isə ağlıma da gəlməzdi. Dəvət aldığım üçün şadam. Əlidən gələni edəcəyəm ki, milli komandada daha da irəli gedim.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın