Menu
Geri İrəli

Sumqayıtlı gənc yazar: “Haqlarımız uğrunda dalaşmaq mədəniyyətimiz olmalıdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2013 • Baxış sayı: 569 dəfə • Şərh yoxdur
418737822ee9Yazar Sahilə İbrahimova: “Ədəbiyyat təmənna üzərində qurulmamalıdır”“Biz cəmiyyət olaraq dəyişməliyik, haqlarımız uğrunda dalaşmaq mədəniyyətimiz olmalıdır”

Onunla payız günlərində, payız axşamlarının birində Heydər Əliyev parkında görüşdük. Qələmində, yazılarında bir az kədər, bir az sentimentallıq olsa da, baxışlarında bir yumşaqlıq və soyuqluq duyulurdu. Fəqət, bu soyuq, yumşaq baxışların arxasında həyat eşqinin, cəsarətin və inadkarlığın izlərini görməmək də mümkün deyildi… Söhbət ədəbiyyatımızın gənc yazarlarından biri olan Sahilə İbrahimovadan gedir.

- Hazırda yeni roman üzərində işləyirəm. Əsas hissələrini yazmışam, sonluğu əlavə edib, bir də müəyyən boşluqları var, onları doldurub peşəkar redaktora verəcəm. Əsər yəqin ki, yanvar-fevral aylarında işıq üzü görəcək.
- Romanın adı nədir? Və mövzusu…
- Adı “Çevriliş”di. Nə vaxtsa Azərbaycandan köçüb əcnəbi ilə ailə qurmuş bir qızın həyatından bəhs edir. Qız bir müddətdən sonra Azərbaycana qayıdır və da

Onunla payız günlərində, payız axşamlarının birində Heydər Əliyev parkında görüşdük. Qələmində, yazılarında bir az kədər, bir az sentimentallıq olsa da, baxışlarında bir yumşaqlıq və soyuqluq duyulurdu. Fəqət, bu soyuq, yumşaq baxışların arxasında həyat eşqinin, cəsarətin və inadkarlığın izlərini görməmək də mümkün deyildi… Söhbət ədəbiyyatımızın gənc yazarlarından biri olan Sahilə İbrahimovadan gedir.
- Hazırda yeni roman üzərində işləyirəm. Əsas hissələrini yazmışam, sonluğu əlavə edib, bir də müəyyən boşluqları var, onları doldurub peşəkar redaktora verəcəm. Əsər yəqin ki, yanvar-fevral aylarında işıq üzü görəcək.
- Romanın adı nədir? Və mövzusu…
- Adı “Çevriliş”di. Nə vaxtsa Azərbaycandan köçüb əcnəbi ilə ailə qurmuş bir qızın həyatından bəhs edir. Qız bir müddətdən sonra Azərbaycana qayıdır və daha fərqli bir Azərbaycan görür. Əsərdə qızın həyatına və Azərbaycana onun gözü ilə baxacağıq. Qız tərcüməçidir. Xarici müəlliflərin əsərlərini Azərbaycan dilinə çevirir.
- Sahilə xanım yazmasaydı Azərbaycan ədəbiyyatı nə itirərdi və siz yazmaqla nə qazandı?
- Bir dəfə tənqidçi Elnarə Akimova “Zemi” povestimdəki qızın Azərbaycan ədəbiyyatı üçün tanış olmayan, yeni qadın obrazı olduğunu dedi. Mənim üçün obrazlar çox önəmlidir, bu, tək ədəbiyyatda deyil, həm də həyatda belədir. Düzdür, obrazlar çox vaxt qeyri-səmimi, saxta, uydurulmuş ola bilirlər, ancaq olsun. Personaları öyrənmək maraqlıdır.  Yəqin eşitmisiniz, persona antik dövrdə aktyorların geydiyi maskalara deyilirdi. Cəmiyyətin tanıdığı personalar çox vaxt təhrif olunmuş, saxta olurlar. Bu arada deyim ki, İnqmar Berqmanın “Persona” filmində bu mövzuya peşəkarcasına toxunulub. Bəzən insan özünü başqa cür təqdim etməyə ehtiyac duyur. Məncə, əsərləri bir kənara qoysaq belə, Azərbaycan ədəbiyyatına özüm olaraq bir obraz qazandırmışam.

ha fərqli bir Azərbaycan görür. Əsərdə qızın həyatına və Azərbaycana onun gözü ilə baxacağıq. Qız tərcüməçidir. Xarici müəlliflərin əsərlərini Azərbaycan dilinə çevirir.

- Sahilə xanım yazmasaydı Azərbaycan ədəbiyyatı nə itirərdi və siz yazmaqla nə qazandı?
- Bir dəfə tənqidçi Elnarə Akimova “Zemi” povestimdəki qızın Azərbaycan ədəbiyyatı üçün tanış olmayan, yeni qadın obrazı olduğunu dedi. Mənim üçün obrazlar çox önəmlidir, bu, tək ədəbiyyatda deyil, həm də həyatda belədir. Düzdür, obrazlar çox vaxt qeyri-səmimi, saxta, uydurulmuş ola bilirlər, ancaq olsun. Personaları öyrənmək maraqlıdır.  Yəqin eşitmisiniz, persona antik dövrdə aktyorların geydiyi maskalara deyilirdi. Cəmiyyətin tanıdığı personalar çox vaxt təhrif olunmuş, saxta olurlar. Bu arada deyim ki, İnqmar Berqmanın “Persona” filmində bu mövzuya peşəkarcasına toxunulub. Bəzən insan özünü başqa cür təqdim etməyə ehtiyac duyur. Məncə, əsərləri bir kənara qoysaq belə, Azərbaycan ədəbiyyatına özüm olaraq bir obraz
qazandırmışam.
l. Seçimlər çoxdur, seçimlərin doğruluğu nisbidir. İttiham etmək, günahkar axtarmaq çətindir. Mən dini cəhalət qarşısında gülə bilməyəcək qədər təsirlənən, qıcıqlanan biriyəm. Hansısa dinə bağlı biri sayılmıram, lakin müəyyən dini mərasimlərin keçirildiyi günlərdə insanların hisləri ilə oynamaq, atmacalar atıb onları qıcıqlandırmaq doğru yol deyil deyə düşünürəm. Şəxsi problemlər zəminində mühacirətə getmək üçün, ədəbiyyatda uğur qazanmaq üçün atılan addımlar kənardan çirkin görünür. Mən əqidəsiz insanları qəbul edə bilmirəm. Mənfəəti üçün səsini, rəngini, mövqeyini dəyişən adamları sevmirəm. Əqidəsinə sadiq olan istənilən adama, hətta yanlış yolda olsa belə, hörmət edirəm. Amma bu sözü də çox sevirəm. Dövlət ona qarşı çıxanı qoruya bildiyi qədər güclüdü. Dövlət canı yanmış insanını ciddiyə almalıdı. Bu günün canı yanmışı, sabahın inqilabçısıdı.
- Sizə qarşı hər hansı təzyiq olub?
- Olmayıb. Yazılarıma, sosial şəbəkələrdəki fikirlərimə tənqidi münasibətlər olur, lakin kifayət qədər mədəni olur. İnsanlarla dil tapmaq çox çətindir. Kamyu demişkən, ən çətin sual budur: insanlar arasında necə yaşamalı? Çalışıram insanlar arasında yaşamağı bacarım. Başqa yolum yoxdu. Nə Budda olasıyam, nə də Mauqli. Zoofobiyam da var (gülür).
- Bir müddət bundan əvvəl metro stansiyaların keçidlərində qəzet, jurnal və kitablar yığışdırıldı. Bir yazar, qələm əhli kimi buna münasibətiniz…
- Kim bunu dəstəkləyə bilər ki? Heç kim deyə bilməz ki, metroda paltar satışı daha gözəldir, nəinki qəzet, kitab satışı. Ümumiyyətlə bu qəzet, kitab elə bir şeydir ki, hətta onu oxumayan insana belə, yüksək mənəvi dəyərlərin olmasından xəbər verir. Kitab oxumayan adam belə kitabı görünüş olaraq sevir, ona pul verməsə, onu almasa belə onun dəyərli bir şey olduğunu anlayır. Xarici ölkələrdə də metrolarda paltarlar satılır, ancaq bununla paralel həm də qəzetlər, jurnallar, kitablar mütləq şəkildə sərgilənir. Buna hər hansısa bir qadağa yoxdur.
- Söhbət qəzetlərdən düşmüşkən, siyasətlə maraqlanırsınızmı və hazırkı siyasi duruma münasibətiniz…
- Pasternakın bir sözü var: “Siz siyasətlə maraqlanmaya bilərsiz, amma o, sizinlə maraqlanacaq”. Lakin peşəkar siyasət elə bir şeydir ki, orda sənin müəyyən bir marağın, siyasi ambisiyan olmalıdır. Əgər sən vəzifə tutmaq istəmirsənsə, hansısa partiyanın üzvü deyilsənsə, buna çalışmırsansa, sənin siyasi çıxışların siyasətlə məşğul olman demək deyil. Peşəkar şəkildə siyasətlə o adam məşğul olur ki, onun siyasi ambisiyaları olur. Mənim heç bir siyasi ambisiyam yoxdur. Amma həmişə istəmişəm ki, vətəndaş mövqeyimi ortaya qoyum. Mən Yazıçılar Birliyinin üzvü olaraq prezident təqaüdü almışam. Amma heç vaxt kimsə mənə nəyi yazıb, nəyi yazmamağı diktə etməyib. Əgər bir gün bunu etsələr, maaşımla o pulu qaytarmağa hazıram. Çünki mən kiminsə sifarişi, göstərişi ilə yaza bilmərəm. Yazılarımda kifayət qədər tənqidi məqamlara toxunulub. Yadımdadı, hələ kitabım çıxmamışdı, bir nazir müavininə oxumaq üçün bir hekayəmi verməli idim. Seçdiyim hekayənin adı “Zırrama” idi, təsadüfən vəzifə əldə etmiş nazir müavinindən bəhs edirdi. Təsadüfən məhz həmən hekayəni təqdim etmişdim. Fikirləşdim, elə biləcək qəsdlə belə etmişəm. Lakin sonrakı tədbirlərdə adam kifayət qədər mədəni, xoşgörülü idi. Fikirləşdim, hekayəni özünə götürməyib. Hamı özünü tanıyır. Zırrama özünü hekayədə görəndə qıcıqlanır. Zırrama olmadığını bilənlər isə tənqiddən qorxmur.
Mən düşünürəm ki, biz cəmiyyət olaraq dəyişməliyik. İnsanlar özlərini, baxışlarını dəyişməlidirlər. Bu gün Azərbaycandakı durum tam olaraq təbii ki, məni qane etmir. Çatışmazlıqları, məmur özbaşınalığını, korrupsiyanı görməmək mümkün deyil. Hər hansısa məmur durub desə ki, Azərbaycanda korrupsiya yoxdur, o adam çox qorxulu, üzlü adamdır. Lakin çox zaman biz tənqidi şəxsi mənfəətlərimiz üçün istifadə edirik. Ya çox eybəcər şəkildə danışırıq, yaxud tamamilə susuruq. Bizim cəmiyyət olaraq problemimiz bundadır. Bizim etiraz mədəniyyətimiz yoxdur. İlk növbədə bunu dəyişməliyik… Haqlarımız uğrunda dalaşmaq mədəniyyətimiz olmalıdır.
- Sahilə İbrahimova nədən qorxur, xəyanətdən, tək qalmaqdan, yoxsa…
- Xəyanət, tək qalmaq, bunlar barədə tez-tez düşünmürəm. Qorxularını qorxut prinsipini əsas tuturam. Xəyanət olarsa, çıxıb gedərəm, tək qalsam, skamyada oturub kitab oxuyan qıza yaxınlaşıb rəfiqə olaram, klinikalardan birinə gedib xəstələrə kitab oxuyaram. Zavodlarda işləyən qızlara kömək edərəm. Rəhbərliyə deyərəm, hekayə yazmaq üçün işlə tanış olmalıyam və s. Amma ölümdən qorxuram. Ölümü sevmirəm. Bilmirəm ölümdən qorxduğum üçün həyatı sevirəm, ya həyatı sevdiyim üçün ölümdən qorxuram, bunu deyə bilmərəm. Amma istənilən halda ölmək istəmirəm (gülür).
- Ölümdən söz düşmüşkən, bir gün pərdələr qalxsa və Sahilə İbrahimova Allahla üz-üzə qalsa, ona verdiyi ilk sual nə olardı?
- Mən Allaha tez-tez suallar verirəm. Hərdən anlaya bilmirəm ki, Yaradan bu həyatı niyə belə yaradıb? Adi bir qızın xoşuna gəlməyəcək bir dünyadan fərqli dünya yarada bilməzdimi? Niyə belə yaradıb, niyə məhz bu yolu seçib? Yəni başqa bir yol yox idimi ki, bu qədər qanlar axmasın, bu qədər ədalətsizliklər olmasın? Doğrudan da başqa dünya yaratmaq mümkün deyildi? Onun yarada bildiyi dünya elə budurmu? Bu sualları, yəqin ki, verərdim…
- Sizin üçün ədəbiyyatımızın beş Tanrısı var?
- Mənim üçün deməzdim beş Tanrı var, amma hər halda var. Onlardan biri Hüseyn Caviddir. Cavidin Tanrısı isə gözəllik və sevgidir…
 
- Və sonda sevgi sizin üçün nədir, o, doğrudanmı yaşayır?
- Əminəm, sevgi (söhbət Leyli-Məcnun sevgisinin qeyri-ədəbi variantından gedir) əlbəttə var, yaşayır. Amma harda yaşayır, açığı mən bilmirəm (gülür).
Hikmət KƏRİMOĞLU
Fotolar müəllifindir, musavat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın