Menu
Geri İrəli

Türkiyəli aktrisa: “Bakıya hər dəfə gələndə mütləq Sumqayıta gələcəm”

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Noyabr 2016 • Baxış sayı: 896 dəfə • 2 şərh

dsc_0166Türkiyənin tanınmış sənətçisi, “Təhminə və Zaur” filmində yaratdığı “Təhminə” obrazı ilə tanınan Meral Konrat və digər sənətçilər, jurnalistlər Sumqayıtda qonaq olub.

Meral Konrat “sumqayitxeber.com” saytına şəhərlə bağlı təəssüratlarını bölüşüb: “ Mən Sumqayıtda heç vaxt olmamışam. Bakıda olsam da Sumqayıta ilk dəfədir gəlirəm. Amma çox sevdim bu şəhəri. Mədəniyyət sahəsində inanılmaz inkişaf edib. Heydər Əliyev Mərkəzində olduq. Çox möhtəşəmdir. Sumqayıt Teatrında olduq. Xüsusilə teatr salonu. Biz orda olanda uşaqlar üçün tamaşa göstərilirdi. Uşaqların marağını hiss etdim. Teatrınızı qısqandım. Heyranlıqla baxdım. İnanın Sumqayıtı qısqandım. Sizləri qısqandım. Mən dedim bu salonda olmalıyam, burada olmalıyam. Amma inanın möhtəşəmdi. Yaxşı ki, gəldim, yaxşı ki, tanıdım.”

Sumqayıt teatrında rol almaq istərdinizmi sualına belə cavab verib: “Oynamaq istərdim təbii ki, teyatrı çox sevirəm. Hələ belə bir salonda sevə-sevə gələrəm oynamağa. Mən Azərbaycana hər dəfə gəldiyimdə maraq heç bir zaman azalmır ki, artır. Demək ki, doğru bir iş görmüşük. Rasim Ocaqova allah rəhmət eləsin. Təhminə obrazını elə çıkib ki, hələ də sevilir. Təbii ki, tək çəkmək deyil, ssenari də çox önəmlidir.Anar bəy də ona həyat verib. O gündən, düşünün, 1993-cü ildən bu günə qədər “Təhminə” sevgisi heç azalmadı. Bu gün Sumqayıt Teatrında gördüyüm uşaqların əksəriyyətinin 8-10 yaşları vardı. Hamısı Təhminəni tanıyırdı, məni tanıyırdı. Onun üçün mənim gözlərim doldu. Çox xoşbəxt oldum. İnanılmaz keyf aldım.”

Meral Konrat Sumqayıtı çox sevdiyini bildirib: “Sumqayıt bulvarında oldum. Çox sevdim buraları. Filmdə bir səhnə var, dəniz kənarında çəkilib. Bura bənzətdim. Amma bu qədər inkişaf etməmişdi filmdəki məkan. Sumqayıtı görməkdən, bura gəlməkdən çox məmnun oldum. Mən Bakıdan başqa heç bir yerdə olmamışdım. Bundan sonra Bakıya hər dəfə gələndə mütləq Sumqayıta gələcəm. Mütləq bura gəlib bir çay içəcəm, sizləri görəcəm. İnanılmaz bəyəndim. Məncə Sumqayıtı daha yaxşı tanıtmaq lazımdır. Bakıya gələn hər kəs Sumqayıta gəlməlidir. İnanın buranı görsələr, tanısalar gələrlər. “

Facebook Şərhləndirmə:

“Türkiyəli aktrisa: “Bakıya hər dəfə gələndə mütləq Sumqayıta gələcəm”” yazısına 2 cavab

  1. Terane Hesimova deyir:

    Sumqayıtı sevdirmək lazımdır. Bunun üçün adam gərək özü şəhəri sevsin. Bəzi insanlar ancaq problem axtarır, problem görür. Problem həmişə olacaq amma şəhərimizi hər haliyla sevərək təqdim etməliyik xarici vətəndaşlara da elə digər rayonların insanlarına da. Biz sevməsək heç kim sevməz.

  2. Ramile deyir:

    Gözel qadındır. Təhminə və Zaur filminə baxmaqdan doymur adam. maraqlı filmdir həm də aktuallığın itirmir heç…illər keçsə də…

Şərhinizi yazın