Menu
Geri İrəli

“Azərbaycanla oyun mənim üçün yaxşı şansdır”

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Oktyabr 2014 • Baxış sayı: 340 dəfə • Şərh yoxdur

simone_zaza

“Yenidən milli komandaya çağırılmaq istəyirdim. Şadam ki, bu istəyimə çatdım. Azərbaycanla oyunda əsas heyətdə meydana çıxmaq əla olardı”.

Bu sözləri İtaliya millisinin futbolçusuSimone Zaza ”Avro-2016″nın seçmə mərhələsində sabah yığmamıza qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Yerli mətbuata açıqlamasında 23 yaşlı hücumçu özünü Azərbaycanla oyunda sübut etmək istədiyini bildirib:
“Zədə səbəbindən bir müddət millidən kənarda qaldım. İndi hər şey yaxşıdır. Azərbaycanla oyun mənim üçün yaxşı şansdır. İnanıram ki, sabahkı görüşdə meydanda olacam və baş məşqçinin etimadını doğruldacam. Ola bilsin ki, baş məşqçi Balotelliyə dəvət göndərmədiyi üçün mənə şans verməyi düşünüb. Ancaq mən Balotellinin hər zaman komandamıza kömək etməsini istərdim”.

Xatırladaq ki, İtaliya – Azərbaycan matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın