Menu
Geri İrəli

“Diqqətsizliyimiz qola səbəb oldu” – Qurban Qurbanov

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

qurban-172qurban-172

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün səfərdə “Monako”ya 0:1 hesabı ilə uduzan “Qarabağ”ın baş məşçqisi Qurban Qurbanov oyun haqqında fikirlərini bildirib.

Təmsilçimizin çalışdırıcısı komandasının bəzi səhvlərə yol verdiyini bildirib.

Qurbanov qeyd edib ki, müdafiədə yaxşı oynasalar da, diqqətsizlik məğlubiyyətə səbəb olub:

“Biz oyunda yaxşı müdafiə olunduq. Amma ani diqqətsizliklər məğlubiyyətə səbəb oldu. Bir epizodda səhv qapımızda qol görməyimizlə nəticələndi. Rəqibin heyətində ulduz futbolçular var. Belə komadaya qarşı çıxış etmək çətindir. Əlimizdən gələni etdik. “Monako” son oyunlarda çox yaxşı çıxış edir. Futbol hər zaman sürprizlərlə doludur. Amma bu gün olmadı. Evdə bu komandanı məğlub etməyə çalışacağıq. Bizim qrupda seçilmiş komandalar var. Sona kimi oynayacağıq. Növbəti mərhələ şanslarımız qalır. Biz düzgün olanı etmək istəyirik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın