Menu
Geri İrəli

Dünyanın iki ən güclü idmançısı bir arada (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Dekabr 2017 • Baxış sayı: 1,080 dəfə • Şərh yoxdur
Share Button
refaelİdman gimnastikası üzrə (fərdi, dayaqla tullanma) çempion, Ukrayna idmançısı Oleq Verniayev azərbaycanlı karateçi Rafael Ağayevlə fotosunu paylaşıb.
2 qat dünya və 2 qat Avropa çempionu Oleq Verniayev beşqat dünya, onqat Avropa çempionu təmsilçimiz Rafaellə şəklinin altına bunları yazıb:
“Karatenin həvəskarları var? Kim beşqat dünya, onqat Avropa çempionunu tanımır?” Oleq Verniayev “dünya idmanında dostluq” sözlərini yazaraq ictimaiyyətə mesaj verib.
Qeyd edək ki, Rafael Ağayev hazırda Ukraynın paytaxtı Kiyevdədir. O, Kiyevdə dekabrın 10-da seminar keçirəcək və gənc idmançılara dərs verəcək.

Rafael Ağayev beşqat dünya, onqat Avropa çempionudur. 2013-cü ildə Palembanqda keçirilən İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Elə həmin ildə Santa-Klarada keçirilən Dünya Oyunlarında və Sankt-Peterburqda keçirilən Dünya Döyüş Oyunlarında qızıl medallara sahib olub. Rafael Ağayev həm də “Bakı-2015” Avropa Oyunlarının qızıl medalçısıdır.

BAKU.WS

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın