Menu
Geri İrəli

Frank Bernhardt “Sumqayıt” Futbol Klubunda

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Fevral 2014 • Baxış sayı: 308 dəfə • Şərh yoxdur
Məlum olduğu kimi, AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Fevralın 1-dən etibarən Frank Bernhardt (Almaniya) “Sumqayıt” Futbol Klubunda idman direktoru kimi işinə start verib.

26.08.1969-cu ildə anadan olan adıçəkilən mütəxəssis 2005-ci ildə PRO kateqoriyasına yiyələnib. Frank “Sankt-Pauli” 2000-2006-cı illər ərzində mütəmadi olaraq U-17, U-19 və U-23 komandasının baş məşqçisi olub. O, 2007-ci ildən etibarən Estoniya Futbol Federasiyasında texniki direktor vəzifəsində çalışıb və həmin ölkənin U-19 və U-21 millilərini çalışdırıb. Frank son olaraq Estoniya Premyer Liqasında çıxış edən “Kalev” klubunun baş məşqçisi olub.

idman direktoru

Facebook Şərhləndirmə:

Şərhinizi yazın