Menu
Geri İrəli

“Neftçi” “Sumqayıt”a uduzdu

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2017 • Baxış sayı: 107 dəfə • Şərh yoxdur

img_0dbc6295d614ee757aaf678292f8bdeb150505303595Bu gün Topaz Premyer Liqasında 4-cü turun daha bir oyunu keçirilib.

Rekord.az xəbər verir ki, günün yeganə matçı Sumqayıtda baş tutub. Burada şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edib. “Sumqayıt” mövsümə qələbə ilə başlasa da, ardıcıl 2 səfər matçında xala həsrət qalmışdı. Paytaxt klubu isə cari mövsüm hələ ki, qələbəyə həsrət idi.

Qarşılaşmanın taleyini bir qol həll edib. Amil Yunanovun ilk yarıda penaltidən vurduğu qol sumqayıtlılara minimal hesablı qələbə qazandırıb.

Qeyd edək ki, 4-cü turda keçirilməli olan “Səbail” – “Qarabağ” oyunu Ağdam klubunun UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Çelsi”yə qarşı səfər matçı ilə əlaqədar təxirə salınıb.

Topaz Premyer Liqası
4-cü tur

10 sentyabr

“Sumqayıt” – “Neftçi” 1:0
Qol: A.Yunanov, 25-pen.
Hakimlər: Rəhim həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev.
Sumqayıt. “Kapital Bank Arena”.
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 6. Kamal Mirzəyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 41. Ceyhun Rəcəbli, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Pavel Dreksa, 7. Namiq Ələsgərov, 10. Derlis Meza Kolli, 15. Ruslan Abışov (k), 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 21. Məhəmməd Mirzəbəyov, 25. Kiril Petrov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 3. Mateo Mujek, 9. Uqo Barqas, 11. İqnasio Herrera, 23. Tərzin Cahangirov, 12. Daniel Seqoviya, 26. Ömər Buludov, 40. Kənan Mirzəliyev, 64. Orxan Sabirbəyli.
Baş məşqçi: Elşad Əhmədov.
Turun digər oyunları: “İnter” – “Kəpəz” – 3:2, “Qəbələ” – “Zirə” – 1:1.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın