Menu
Geri İrəli

“Neftçi” Sumqayıtla üz-üzə

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Sentyabr 2017 • Baxış sayı: 160 dəfə • Şərh yoxdur
Share Button

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulacaq.

Milli.Az-ın apasport.az-a istinadən məlumatına görə, həftənin sonuncu matçı Sumqayıtda baş tutacaq.

Burada eyniadlı komanda “Neftçi”ni sınağa çəkəcək. Azərbaycanın ən titullu komandası mövsümdə ilk qələbəsini qazanmağa çalışacaq.

Elşad Əhmədovun yetirmələri 3 xal qazansa, 2-3 pillə irəliləmək imkanı əldə edəcək. Sumqayıtlılar isə ardıcıl 2 məğlubiyyətdən sonra xal almaq istəyindədi.

Qeyd edək ki, cəmi 4 oyundan ibarət olan turun bir matçı təxirə salınıb. Son illərin çempionu “Qarabağ” avrokuboklarda çıxışını davam etdirdiyindən “Səbail”lə matçı başqa vaxtı keçirilib.

Azərbaycan Premyer Liqası

IV tur

10 sentyabr (bazar)

19:00. “Sumqayıt” – “Neftçi”

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Cəmil Quliyev, Ramil Diniyev

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Rövşən Əhmədov

Sumqayıt. Şəhər stadionu

1. Zirə 4 3 1 0 9-3 10
2. Qarabağ 3 3 0 0 6-2 9
3. Qəbələ 4 2 1 1 5-4 7
4. İnter 4 2 0 2 5-5 6
5. Sumqayıt 3 1 0 2 3-5 3
6 Səbail 3 1 0 2 2-3 3
7. Neftçi 3 0 1 2 1-4 1
8. Kəpəz 4 0 1 3 3-8 1
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın