Menu
Geri İrəli

Şahmat üzrə dünya kubokunun bütün partiyaları birbaşa yayımlanacaq

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 232 dəfə • Şərh yoxdur

akıda keçiriləcək şahmat üzrə dünya kubokunun bütün partiyaları turnirin rəsmi saytı vasitəsilə birbaşa yayımlanacaq. Oyunlar Azərbaycan, rus və ingilis dillərində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.

Bu barədə AZƏRTAC-a “Dünya kuboku-2015”in mətbuat xidmətindən bildiriblər.

Azərbaycan dilində partiyaları, əməkdar məşqçilər Anar Allahverdiyev və Fikrət Südeyifzadə, eləcə də yeniyetmələr üzrə millinin çalışdırıcısı Fərid Abbasov təqdim edəcək.

Rus və ingilis dillərində isə məşhur şahmat eksperti, qrossmeyster Sergey Şipov, ukraynalı qrossmeyster Yevgeni Miroşniçenko, qrossmeyster Emil Sutovski, ukraynalı qrossmeyster, Beynəlxalq Şahmat Federasiyasının şərhçisi Yevgeni Miroşniçenko, hollandiyalı Dir Yan Van və Azərbaycan millisinin üzvü, Avropa çempionu Arkadi Naydiç şərh edəcək.

Azərbaycanı dünya kubokunda beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək.

Turnirin ümumi mükafat fondu 1,6 milyon ABŞ dollarıdır.

Dünya kubokunun təntənəli açılış mərasimi sentyabrın 10-da saat 19.30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları isə sentyabrın 11-də keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın