Menu
Geri İrəli

Sumqayıt: “Futbol və sağlam həyat” layihəsinə 500-dən çox şagird qatılacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Aprel 2017 • Baxış sayı: 324 dəfə • Şərh yoxdur
Share Button

1491465207_7“PAŞA Həyat Sığorta” şirkətinin dəstəyi ilə Sumqayıt məktəbliləri üçün “Futbol və sağlam həyat” adlı layihəyə start verilib. 18 saylı orta məktəbdə keçirilən açılış mərasimində şəhər icra hakimiyyətinin, təhsil şöbəsinin, “Azərikimya” İstehsalat Birliyinin, həmçinin digər müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi şagirdləri idmana cəlb etmək, onların yüksək təhsil almalarına stimul yaratmaq, futbolun təbliğinin və kütləviliyinin artırılmasına nail olmaq, gənclərə sağlam həyat tərzi aşılamaqdır.

Layihəyə Sumqayıt şəhərində və onun ətraflarında yerləşən 48 məktəbdən 500-dən çox şagird qatılacaq. Seminar tipli layihədə hər təhsil ocağından 10-12 yaş arası əlaçı şagirdlər iştirak edəcək.

PAŞA Həyat Sığorta şirkəti “Futbol və sağlam həyat” layihəsinə 2014-cü ildən dəstək verir. İndiyədək 2000-dən çox məktəbli “Sumqayıt” futbol klubunun təşkilatçılığı ilə həyata keçirilən bu layihənin iştirakçısı olub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın