Menu
Geri İrəli

“Sumqayıt” klubundan maliyyə problemi ilə bağlı xəbərə- Açıqlama

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Noyabr 2013 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

“Sumqayıt” klubu maliyyə problemi ilə bağlı xəbəri təkzib edib. 

 Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov “Qafqazinfo”ya açıqlama verib:

“Sumqayıt” Futbol Klubunun mətbuat xidmətinin rəhbəri olaraq saytınızda bu gün “Sumqayıt”da nə baş verir? başlığı altında dərc edilmiş xəbərə rəsmi mövqeyimi açıqlamaq istərdim: “Sumqayıt” Futbol Klubu 2011/12 mövsümündən etibarən Premyer Liqada mübarizə aparır. Bu günə qədər klubumuzda əməkhaqqı məsələsi ilə bağlı heç bir anlaşılmamazlıq yaşanmayıb. Ümumiyyətlə, klubda məvaciblərin verilməsi hər ayın 15-ə qədər yekunlaşır. Bəzən qısa zaman kəsiyində gecikmələr olur. Lakin futbolçuların 4 ay maaş almaması və “Qarabağ”la oyuna çıxmaq istəməməsi xəbəri həqiqəti əks etdirmir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın