Menu
Geri İrəli

“Sumqayıt” xüsusi yadımda qalıb “

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2013 • Baxış sayı: 232 dəfə • Şərh yoxdur

“Sumqayıt” “Qəbələ” karyeramda qapısına yol tapdığım ilk komandadır. Bu baxımdan həmin rəqib və qol xüsusi yadımda qalıb”. Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin braziliyalı futbolçusu Dodo deyib.

Yarımmüdafiəçi Topaz Premyer Liqasının III turu çərçivəsində avqustun 19-da “Sumqayıt”la səfərdə keçiriləcək qarşılaşma haqda fikirlərini klubun rəsmi saytına açıqlayıb: “Ümumiyyətlə, “Sumqayıt”la oyunlarımız həmişə maraqlı alınıb. Sevindirici haldır ki, bütün matçlarda yekunda sevinən tərəf biz olmuşuq”.

Azərbaycanda ilk qolunu Sumqayıt təmsilçisinin qapısına vuran Dodo bu komanda ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar futbolçularından biridir.

Belə ki, əvvəlki 4 matçda rəqibini məğlub edən komandanın 10 qolundan ikisinə braziliyalı imza atıb. Dodo növbəti oyunda da fərqlənmək arzusunda olduğunu, komanda olaraq uğurlu seriyanı davam etdirmək istədiklərini bildirib: “Mövsümə uğurlu start verdik. İki mühüm qələbə qazandıq. Qələbə seriyamızı davam etdirmək əzmindəyik. Digər komanda yoldaşlarım kimi, mən də bu matçda fərqlənmək istəyirəm. Amma “Qəbələ”nin 3 xal qazanması mənim də, digər futbolçuların da fərdi uğurundan daha önəmlidi. İnanıram ki, növbəti qələbə hədəfimizə nail olacağıq”.

- See more at: http://sportarena.az/news/8916/?n=l#sthash.oRYXcgs0.dpuf

Facebook Şərhləndirmə:

Şərhinizi yazın