Menu
Geri İrəli

Sumqayıtda baş verən dəhşətli yol qəzasında Azərbaycanın sərbəst güləş yığmasının məşqçisi ölüb

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyun 2012 • Baxış sayı: 544 dəfə • 1 şərh

 

 

 

 

 

 

 

 

Respublika Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, 1983-cü il təvəllüdlü şəhər sakini Aslanov Elnur İsgəndər oğlu

“VAZ-21015” markalı, 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili Sahil küçəsi ilə idarə edərkən onu hasara vurub.

Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər, Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu və Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər, 1976-cı il təvəllüdlü Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Apasport.az saytının yazdığına görə, E. Aslanov sərbəst güləş üzrə Azərbaycan milli komandasının məşqçisidir. Aslanov az öncə Ankarada başa çatan gənclər arasında XV “Çempionlar” beynəlxalq turnirində Azərbaycanın sərbəst güləş yığmasına rəhbərlik edib. Həmin komandanın heyətində isə Orxan Şərifov (84 kq) 3-cü yeri tutub.

Facebook Şərhləndirmə:

“Sumqayıtda baş verən dəhşətli yol qəzasında Azərbaycanın sərbəst güləş yığmasının məşqçisi ölüb” yazısına bir cavab

  1. rustem zeynalov deyir:

    Allah rehmet elesin

Şərhinizi yazın