Menu
Geri İrəli

Sumqayıtda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Mart 2016 • Baxış sayı: 772 dəfə • Şərh yoxdur

Sumqayıtda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib. Şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə idman təşkilatlarının rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, dünya və Avropa yarışlarının, Olimpiya və paralimpiya oyunlarının mükafatçıları, baş məşqçilər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki abidəsi və Şəhidlər xiyabanı ziyarət olunub.

Tədbirdə çıxış edən Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov bayram münasibətilə iştirakçıları təbrik edib. Dövlətin bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğısından söhbət açılıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin idmanın inkişafına yönəlmiş siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə, həmçinin 2015-ci ildə Sumqayıtda bədən tərbiyəsi və idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verilib, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyi tərəfindən idmanın inkişafı üçün əlverişli şərait yaradıldığı vurğulanıb.

Digər çıxış edənlər də ölkəmizdə, o cümlədən Sumqayıtda bədən tərbiyəsi və idman sahəsində aparılan məqsədyönlü işlərdən danışıblar.

Sumqayıt şəhərində bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə bir qrup məşqçi-müəllim Baş İdarənin plaketi, rəsm sərgisinin qalibləri isə fəxri fərman və xatirə hədiyyəsi ilə təltif ediliblər.

Qeyd edək ki, bayram ərəfəsində Baş İdarə tərəfindən mini-futbol, boks, basketbol, stolüstü tennis, şahmat, dama, ağır atletika və sərbəst güləş növləri üzrə müxtəlif yaş qruplarında yarışlar təşkil olunub. Həmçinin Sumqayıtdakı Gənclər Evində şəhərin idman ictimaiyyəti ilə görüş keçirilib.

14571970685333728589_1000x669 14571970685374158779_1000x669

Facebook Şərhləndirmə:

Şərhinizi yazın