Menu
Geri İrəli

Sumqayıtda futbol üzrə dostluq yarışı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2015 • Baxış sayı: 720 dəfə • 1 şərh

Sumqayıt ictimayyətinin nüməyəndələrindən təşkil olunmuş komanda ilə  ölkəmizdə çalışan İtaliya icmasının nümayəndələrini təmsil edən komanda arasında futbol üzrə dostluq yarışı keçirilmişdir

 Bildiyiniz kimi, “Avropa Çempionatı – 2016”-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi oktyabrın 10-da Bakı Olimpiya Stadionunda İtaliya yığmasını qəbul edəcək. Futbolda ənənəvi olaraq bu cür qarşılaşmalardan əvvəl azarkeşlər, veteran futbolçular və ya icmalar arasında dostluq oyunları keçirilir.

Məhz Azərbaycan – İtaliya görüşündən əvvəl Sumqayıt ictimayyətinin nüməyəndələrindən təşkil olunmuş komanda və ölkəmizdə çalışan İtaliya icmasının nümayəndələri arasında dostluq oyunu keçirilmişdir.

Görüş “Azərkimya” İstehsalat Birliyi və “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə “Bayıl Arena”da keşirilmişdir. Qarşılaşma Azərbaycan təmsilçisinin 6:3 hesablı qələbəsi ilə yekunlaşmışdır.

Qeyd edək ki, Sumqayıt ictimaiyyətindən ibarət olan yığma komandanı yarışlara Əməkdar məşqçi, veteran futbolçu Telman Salahov hazırlayıb.

Tədbirdə “Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev, İtaliyanın ölkəmizdəki səfiri Campaolo Kutillyo və AFFA-nın Baş katibinin müavini Sərxan Hacıyev də iştirak etmişdir.

6 12

Facebook Şərhləndirmə:

“Sumqayıtda futbol üzrə dostluq yarışı keçirilib” yazısına bir cavab

  1. Rafiq Oday deyir:

    Təşəkkürlər, sumqayitxeber.com

Şərhinizi yazın