Menu
Geri İrəli

Vüqar Həşimov dünyasını dəyişdi

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Yanvar 2014 • Baxış sayı: 523 dəfə • Şərh yoxdur

vuqarO, reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşmışdı.

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimovun cənazəsi gələn həftə Bakıya gətiriləcək.

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, hazırda bununla bağlı bəzi sənədləşmə işləri həll edilməkdədir. Müalicə aldığı Almaniyanın Heydelberq klinikasında keçinən qrossmeysterin cənazəsi yanvarın 14-də Azərbaycana gətiriləcək.

Qeyd edək ki, müalicəsini tamamlamaq üzrə olan V.Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu bildirilən 27 yaşlı şahmatçı gözlənilmədən dünyasını dəyişib.

12:33

Azərbaycan şahmatına ağır itki üz verib.

Oxu.Az Azertac-a istinadən xəbər verir ki, Bu gün gecə saatlarında istedadlı Azərbaycan şahmatçısı, qrossmeyster, şahmat üzrə üçqat Azərbaycan çempionu Vüqar Həşimov ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, FİDE-nin 2011-ci ilin mart ayına olan reytinq siyahısında Teymur Rəcəbovu bir pillə qabaqlayaraq 11-ci yerdə qərarlaşıb.

2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa Çempionu adını qazanıb. 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.

Qeyd edək ki, Vüqar Həşimov uzun müddət idi ki, başındakı şişdən müalicə olunurdu, dövlət xətti ilə Almaniyada bir neçə dəfə əməliyyat olunmuşdu.

Allah rəhmət eləsin!

Facebook Şərhləndirmə:

Şərhinizi yazın