Menu
Geri İrəli

2015-ci ilin büdcə xərcləri və gəlirləri açıqlandı – CƏDVƏL

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Oktyabr 2014 • Baxış sayı: 2,160 dəfə • Şərh yoxdur

manat2

Büdcə kəsiri 1 milyard 662 milyon manat proqnozlaşdırılıb.

 

Azərbaycan Respublikasının 2015-ci il üzrə dövlət büdcəsində neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,784 manat olmaqla hesablanıb.

 

Bu barədə Maliyyə Nazirliyinin rəsmi saytında məlumat verilib.

 

Nazirlikdən verilən məlumata görə, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb.

 

Gələn ilin büdcə kəsiri 1 milyard 662 milyon manat proqnozlaşdırılıb.

 

Qeyd edilib ki, gələn ilin büdcəsində gəlirlər 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz, xərclər isə 5,2 faiz çoxdur.

 

Proqnozlara görə, 2015-ci ildə dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 65,3 faiz, qeyri-neft sektoru üzrə daxilolmalar isə 34,7 faiz təşkil edəcək.

 

2015-ci ilin büdcə xərclərini əks etdirən cədvəli təqdim edir:

67

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın