Menu
Geri İrəli

Azərbaycan xalqı öz ordusu üçün 60 milyon manatdan çox vəsait topladı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Fevral 2015 • Baxış sayı: 292 dəfə • Şərh yoxdur

azerbaijan-armed-forces-day-2011-6-26-9-24-11

MN məlumat yaydı.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il fevralın 1-dək 60 milyon 904 min 961 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb.

Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılıb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın