Menu
Geri İrəli

Azərbaycanda daha köhnə avtomobil alan olmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2014 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur
Share Button

64179352

Kreditlərin bərpa olunması bilavasitə ilkin avtomobil bazarına təsir göstərir. Burada söhbət yeni avtomobillərin satışından gedir.

 

Xezerxeber.comModern.az-a istinadən xəbər verir ki, Əmlak Bazarı İştirakçıları Birliyinin sədri Ramil Osmanlının bildirdiyinə görə, sabahdan tətbiqinə başlanacaq “Avro-4” standartının tətbiq olunması bilavasitə ölkəyə daxil olan avtomobillərin idxalının sayının azalmasına gətirib çıxaracaq.

 

Birlik sədri onu da bildirib ki, standartın tətbiqi dövriyyədə olan avtomobillərə şamil olunmur:

 

“Bu, həmin tarixdən etibarən gömrükdən keçərək ölkəyə gətiriləcək avtomobillərə şamil ediləcək. Bu, ekoloji standartdır. Onun respublika daxilində istismarda olan avtomobillərə tətbiq edilməsi hələ ki, gözlənilmir”.

 

Qeyd edək ki, bir müddət əvvəl avtomobil bazarında kreditlər dayandırılıb. Lakin Mərkəzi Bankdan verilən razılıq əsasında banklar avtomobil kreditlərini yeni şərtlər əsasında verməyə başladı. Yeni şərtlərə əsasən banklar öz vəsaitlərini yeni avtomobillər üçün – ilkin ödənişi 50 faiz olmaqla illik 14-23 faizlə verəcək. Bir ildən çox sürülən avtomobillər üçünsə şərtlər bir qədər də ağırlaşıb. Belə avtomobil almaq istəyənlər ümumi məbləğin 70-80 faizini əvvəlcədən ödəməli və qalan hissəni isə illik 17-27 faiz dərəcəsi ilə ödəməlidir. Bundan başqa, müştərilərə kredit verərkən onların yalnız banklara olan borcu deyil, digər öhdəlikləri də nəzərə alınır. Lakin yaranan vəziyyət maşın bazarındakı durğunluğu daha da gərginləşdirib.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın