Menu
Geri İrəli

Bakıda mağazalar niyə bağlanır?

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 318 dəfə • Şərh yoxdur

99348

Son günlər paytaxtın müxtəlif istiqamətlərində mağazaların üzərində bağlanırıq kimi elanlara rast gəlmək olar. Bu tip elanlar həm ərzaq məhsullarının satıldığı dükanların, həm də geyim əşyalarının satıldığı məkanların üzərində var. Səbəblərsə müxtəlifdir.

50-dən 80 faizə qədər endirim edən mağazalar məhsullarını satmaqda çətinlik çəkirlər. Paytaxtda əksər mağazaların endirimlərinə rast gəlmək olar.

Lakin bütün bunlar mağazaları bağlanma təhlükəsindən sığortalaya bilmir. Dünyada baş verən iqtisadi böhran getdikcə yerli sahibkarlara da təsir etməyə başlayıb.

Mağazaların bağlanmasının əsas səbəblərindən biri kimi yersiz yoxlamaları da göstərirlər. Müxtəlif qurumlar tərəfindən göndərilən müfəttişlər və onların təyin etdikləri əsassız cərimələr sahibkarı bezdirib bazardan çıxarır.

İqtisadçı Samir Əliyev deyir ki, son dövrlər müəyyən dövlət qurumları tərəfindən aparılan yoxlamaların sayında artım müşahidə olunur: “Məhz əsassız olaraq aparılan yoxlamaların kökündə təbii ki, əlavə vəsaitin qazanılması güdülür. Ümumilikdə isə ticarət obyektlərinin bağlanması gələcəkdə vergi yığımı zamanı bəzi problemlərin yaranmasına səbəb ola bilər”.

Ticarət sektorunda yaranmış mövcud vəziyyətdən çıxış yolu üçün ölkə başçısı artıq fərman imzalyıb. Prezidentin imzaladığı sənədlə sahibkarlarlıq subyektlərinin iki il ərzində yoxlanılmasını qadağan edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın