Menu
Geri İrəli

Dollar krediti olanlara müjdə – Qanun hazırlanır

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2016 • Baxış sayı: 1,097 dəfə • Şərh yoxdur
Share Button

Ölkə başçısının apardığı islahatlarla əlaqədar olaraq bank sistemində də bu prosesin getməsi çox vacibdir.

vahid_ehmedov_Bu sözləri Axar.az-a açıqlamasında illi Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bank sistemindəki islahatlarla bağlı növbəti həftə müvafiq hökumət qurumlarına təqdim ediləcək təkliflər paketindən danışıb:

 “Birinci məsələ – bank sistemində dollarla verilən kreditlərdir. Konstitusiya, Məcəllə və Banklar haqqında qanunda göstərilir ki, Azərbaycanın dövriyyə vəsaitində yalnız manatdan istifadə olunmalıdır. Hesab edirik ki, qanunda dəyişiklik etməklə dollarla kreditlərin verilməsi qadağan edilməlidir. İkincisi, dollarla götürülən kreditlər builki devalvasiyadan sonra həm insanlar, həm də banklar üçün ciddi problemlər yaradıb. Hazırda 1,5 milyard manata yaxın qaytarılmamış kreditlər var. Bütün bu məsələləri həll etmək üçün banklarda çox ciddi islahatlara ehtiyac duyulur”.

 Millət vəkili bildirib ki, kreditlərin qaytarılması üçün təkliflər hazırlanıb:

 “Bu məsələnin həllində hökumət, Mərkəzi Bank, banklar və əhali dördbucaq şəkildə məsuliyyəti bölüşməlidirlər ki, həm bank sisteminə müəyyən qədər vəsaitlər daxil olsun, həm də əhali borclardan xilas olsun.

 İlk növbədə 1000 dollara qədər olan kreditlər faktiki olaraq silinə bilər, çünki bu, elə də böyük məbləğ deyil. Eyni zamanda, sözügedən kreditlərə zamin duranlar da zaminlikdən azad oluna bilərlər.

 İkincisi, 5000 dollara qədər olan kreditlər köhnə məzənnə, yəni 1,05 manatla qaytarıla bilər. Bu da təxminən 280 milyon manata yaxın vəsait edir.

 Üçüncü təklif isə 10000 manatdan yuxarı olan kreditlərlə bağlıdır ki, onların da 1 dollar 1,2-1,25 manat səviyyəsində qaytarılması barədə qərar qəbul oluna bilər. Bu proses bank sistemini müəyyən qədər sağlamlaşdıracaq, əlavə vəsaitlər daxil olacaq ki, kreditlər vermək də mümkün olsun, həmçinin, bankların linkvidliyi müəyyən qədər təmin olunacaq”.

  V.Əhmədov pensiyaçıların kreditlərlə bağlı üzləşdiyi problemə də toxunub:

 “Təsəvvür edin, 160 manat pensiya ilə kredit götürən şəxs əvvəl 60 manat ödəniş edirdisə, indi 120 manat verməlidir. Belə olduqda o, cəmi 40 manatla necə dolana bilər? Bu problem də qalmaqdadır. Bununla yanaşı, pensiyaçılara kreditlərin verilməsinin dayandırılması düzgün deyil. Pensiyaçının da hüququ var ki, kredit götürsün. Çünki ola bilsin, onun pensiyadan əlavə başqa yerdən gəliri var və ya yaxınları köməklik edir. Ona görə də kredit verilən zaman banklarla kredit götürənlər arasında müqaviləyə baxılmalı, kreditin qaytarıla bilmə imkanı yoxlanılmalıdır”.

 Millət vəkili son zamanlar banklarla vətəndaşlar arasında məhkəmə qalmaqalından da söz açıb:

“Bankların vətəndaşları məhkəməyə verməsini qəbul etmirəm. Məsələni sivil yolla həll etmək lazımdır. Yadınızdadırsa, Konstitusiya Məhkəməsi 2015-ci il 14 mayda belə bir qərar vermişdi ki, banklar müəyyən qədər güzəştlərə getməli, vaxtı uzatmalı, faizləri aşağı salmalıdır və s. Təəssüflər olsun ki, bu baş vermədi. Yeni sənəddə yer alacaq bu kimi və başqa təkliflərimizi növbəti həftə Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirova, Milli Məclisin rəhbərliyinə, ola bilsin, Maliyyə Bazarlarına Nəzarət Palatasına da göndərdik”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın