Menu
Geri İrəli

Elmar Məmmədyarov Lavrovla görüşdü

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 İyun 2014 • Baxış sayı: 301 dəfə • Şərh yoxdur

“Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır. İqtisadi əlaqələrimiz sürətlə inikşaf edir”.

1403082910

Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.E.Məmmədyarov bildirib ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu söyləyib: “Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu”.E. Məmmədyarov qeyd edib ki, ölkələr arasında parlament diplomatiyası da mühümdür, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub, Rusiya parlamentarları yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər.E. Məmmədyarov görüşdə Yaxın Şərq və Ukraynada baş verənlərin də müzakirə olunduğunu, S. Lavrovun Ukrayna ilə bağlı Rusiyanın mövqeyini çatdırdığını bildirib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın