Menu
Geri İrəli

İqtisadçı: “İqtisadiyyatımızı azalan neft gəlirlərinə uyğun qurmalıyıq” AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Yanvar 2016 • Baxış sayı: 277 dəfə • Şərh yoxdur

kenan aslanli 2“Dünyada baş verən iqtisadi böhran əmtəə bazarında xam neftin, təbii qazın, o cümlədən metalların qiymətinin ucuzlaşması ilə bağlıdır. Bu böhranın digər ölkələr kimi, Azərbaycana da təsirləri var. Dövlətimiz buna dərhal reaksiya verdi və çox ciddi addımlar atılmağa başlanıldı”. Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Kənan Aslanlı deyib.

O qeyd edib ki, Azərbaycandan asılı olmadan dünyada baş verən iqtisadi böhran manatın devalvasiyasını labüd etdi və bundan sonra yaranan süni qiymət artımı və digər problemlərin aradan qaldırılması üçün dövlət önəmli işlərə başladı: “Son dövrlər aparılan işlərə nəzər yetirsək, dövlətin attığı addımların hamısının ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi istiqamətində olduğunu görərik. Hökumət sosial nəticə və fəsadların neytrallaşdırılması üçün çox ciddi işlər aparır”.

Ekspert bildirib ki, hazırda iqtisadiyyatın çeşidləndirilməsi prosesi həyata keçirilir: “İqtisadiyyatımızı azalan neft gəlirlərinə uyğun qurmalıyıq. Dövlətimiz bir çox qanun və qərarlar qəbul etmək, islahatlar aparmaqla çox qətiyyətli addımlar atır. İnvestorlara vergi və gömrük güzəştlərinin edilməsi, əmanətlərdən əldə olunan gəlirlərin vergidən azad olunması, əmək haqqlarının artırılması və s. iqtisadiyyatımızın inkişafına öz təsirini göstərəcək”.

K.Aslanlı deyib ki, proqnozlara əsasən, neftin ucuz qiymətə satılması dövrü bir qədər uzun ola bilər: “Yəni neftin ucuz satılması ən yaxşı halda aylarla, ən pis halda isə bir neçə il davam edə bilər. Toparlanma olsa, da öyrəşdiyimiz qiymətlər olmayacaq. Buna görə iqtisadiyyatımızın, sosial-iqtisadi sistemin tamamilə yeni azalan neft gəlirləri rejiminə adaptasiya olunması vacibdir. Hazırda xarici investisiyanın ölkəyə daha çox gəlməsi ilə bağlı işlər həyata keçirilir. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatı ilə inteqrasiyası daha da dərinləşdirilməlidir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın