Menu
Geri İrəli

Krediti ödəməyənlərə bəd xəbər – Ölkədən çıxa bilməyəcəklər

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur

manat_qazanc

Banka krediti olanların ölkədən çıxışına qadağa qoyulacaq. Bu barədə ATV-nin hazırladığı süjetdə ekspertlər deyib.

Süjetdə bildirilir ki, kredit götürənlər bu məhdudiyyətdən təşvişə düşməməlidirlər. Çünki söhbət ödəmə vaxtından 3 ay keçən kredit borclarından gedir.

Qeyd edək ki, Milli Məclisin son iclasında “İcra haqqında” qanuna dəyişiklik edilib və dəyişikliyə əsasən, banka olan borcunu gecikdirən, həmçinin vergi borcu olan şəxslərin ölkədən getmək hüququ məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın