Menu
Geri İrəli

Manatın ikinci devalvasiyası qaçılmazdır

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2015 • Baxış sayı: 244 dəfə • Şərh yoxdur

Asiya İnkişaf Bankı ölkəmizə dair bədbin proqnoz açıqladı.

Azərbaycanda manatın ikinci devalvasiyası qaçılmazdır.

ANS PRESS -in məlumatına görə, bunu Asiya İnkşaf Bankının Azərbaycana dair açıqladığı proqnozları şərh edən iqtisadçı Kənan Aslanlı bildirib. İqtisadçının bunun ilin sonuna qədər baş verəcəyini proqnozlaşdırır.

“Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və ölkəyə dollar axınının azalması devalvasiyaya şərait yaradır. Eyni zamanda birinci devalvasiya dalğasından sonra manata qarşı inamsızlıq yaranıb. İnsanlar kütləvi şəkildə əllərində manat saxlamaq istəmirlər. Əhali əlindəki pulu dollar şəklində saxlamağa üstünlük verir. Buna görə də ölkə daxilində dollara yüksək tələb var. Bu səbəbdən də devalvasiyanın ikinci dalğası qaçılmazdır”, – deyə Kənan Aslanlı bildirib.

Eyni zamanda iqtisadçı hesab edir ki hökümət bu dəfə fevral ayında olduğu kimi manatın ucuzlaşmasını kəskin deyil, mərhələli şəkildə həyata keçirəcək.

Asiya inkişaf bankının bu gün açığladığı “Asian Development Outlook” hesabatına dair yeniləməsində Azərbaycanın tədiyə balansının profisiti üzrə proqnozunu aşağı salıb.

Hesabatda verilən proqnozlara görə, 2015-ci ildə Azərbaycanın tədiyyə balansının müsbət saldosu üzrə proqnoz ümümi daxili məhsulun (ÜDM) 12%-dən 6 %-dək aşağı salınıb. 2016-cı il üçün isə həmin göstərici 13,4 %-dən 8 %-dək endirilib. Bank bunu neftin qiymətinin düşməsi və il ərzində “qara qızılın” dəyərinin artmayacağı ilə izah edib.


2015-2016-cı illər üzrə tədiyyə balansının müsbət saldosunun ÜDM-də payına dair proqnoz
Mənbə: Asiya İnkişaf Bankı

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda 2015-ci ildə ÜDM-in artımının 3,0%, 2016-cı ildə isə 2,8% olacağını proqnoz edir.

Bankın açıqlamasında “İqtisadi inkişaf və məşğulluğun əsasını dövlət investisiya proqramı təşkil edir, lakin dövlət büdcəsinin gəlirləri neftin qiymətinin düşməsi fonunda təyziq altında qalıb”, – deyə qeyd olunur.

Qurum neftin qiymətinin aşağı düşməsi səbəbindən bir sıra investisiya layihələrinin təxirə salınmasını 2016-cı il dövlət büdcəsinin həcminin azalması ilə nəticələnəcəyini proqnozlaşdırır.

Bu ilin fevralında Mərkəzi Bankın baş verən devalvasiyadan sonra yeni məzənnəni saxlamaq üçün gördüyü tədbirlər rəsmi valyuta ehtiyatlarının bu ilin yanvar- avqust ayları ərzində 30% azalmasına səbəb olub.

Bu ilin əvvəlindən həmçinin “Azərlight” neftinin qiyməti kəskin şəkildə aşağı düşüb. 2014-cü ilin avqustunda bir bareli 103,08 ABŞ dollarına satılan neftin qiyməti bir il sonra 46,23ABŞ dolları təşkil edib. Neftin qiymətinin aşağı düşməsi manatın məzənnəsinə əlavə təzyiq göstərir, və bu tendensiyanın yaxın bir neçə ay ərzində davam etməsi daha bir devalvasiyaya səbəb ola bilər”.

Dollarlaşmanı bank sektorunun əsas problemi adlandıran Asiya İnkişaf Bankı Azərbaycanda fevral ayında qeydə alınan dollar depozitlərinin 2 dəfə qalxdığını bildirir.

Hesabatda həmçinin qeyd olunur ki, “İnflyasiyanın qarşısı almaq üçün Mərkəzi bank yerli valyutanın likvidliyini salıb”


Asiya İnkişaf Bankının binası

Azərbaycanda manatın 36%-ə yaxın devalvasiyası bu ilin fevral ayında baş verdi. Hadisədən 3 gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov əhalinin narahatlığına heç bir səbəb olmadığını qeyd etsə də, bunun əksi baş verdi.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın