Menu
Geri İrəli

Sumqayıtda “Dini fanatizmin və xurafatçılığın zərərləri” mövzusu müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Fevral 2017 • Baxış sayı: 148 dəfə • Şərh yoxdur

88_391Sumqayıt şəhəri Corat qəsəbə məscidi dini icmasının “İslam dini vəhdət və qardaşlıq dinidir” layihəsi çərçivəsində “Dini fanatizmin və xurafatçılığın zərərləri” mövzusunda növbəti tədbir keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov, QMİ-nin Sumqayıt bölgəsi üzrə qazısı Rauf Sərdarov, dini icmanın sədri Sahib Məmmədov və dindarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan icma sədri Sahib Məmmədov mövzunun əhəmiyyətindən danışıb. O. dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Ülvi Məmmədov çıxış edərək milli-mənəvi dəyərlərimizin formalaşmasında ictimai-fəlsəfi fikir tariximizin mühüm rolundan danışıb. O qeyd edib ki, sahib olduğumuz milli-mənəvi dəyərlərimiz, tolerantlıq kimi həyat tərzimiz ölkəmizin hərtərəfli inkişafı üçün zəmin yaradır.
QMİ-nin Sumqayıt bölgəsi üzrə qazısı Rauf Sərdarov bildirib ki, Azərbaycanda islami dəyərlərə bağlılığın, dinin saflığının qorunmasının ən gözəl nümunəsi mövcuddur.
Qeyd edək ki, tədbir Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın