Menu
Geri İrəli

Sumqayıtda Elm Festivalı keçiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Oktyabr 2016 • Baxış sayı: 794 dəfə • Şərh yoxdur

elyazmalarElm Festivalı çərçivəsində  Noyabrın 2-də Sumqayıtda tədbir təşkil ediləcək.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda AMEA-nın prezidenti, vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmi müəssisələrin direktorları və Rəyasət Heyətinin məsul işçiləri iştirak ediblər. İclasın gündəliyinə AMEA-nın elmi müəssisələrinin illik hesabatları, AMEA-nın magistraturasına qəbul planı, II Elm Festivalının keçirilməsi, akademiya əməkdaşlarının uzunmüddətli xarici ezamiyyətləri və SABAH qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübə keçməsi kimi məsələlər müzakirə olunub.

AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, II Elm Festivalı 31 oktyabrdan 5 noyabradək keçiriləcək. A. Əlizadə qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il festival Bakı ilə yanaşı, Sumqayıt, Naxçıvan, Şəki və Gəncə də təşkil olunacaq: “I Elm Festivalında 15 mindən çox insan iştirak edib. Bu il isə onların sayının 60 minə yaxın olacağı gözlənilir”.

Elm Festivalının direktoru Nuridə Quliyeva vurğulayıb ki, festivalın açılışı oktyabrın 31-də Bakıda olacaq, sonradan noyabrın 1-də Naxçıvanda, 2-də Sumqayıtda, 4-də Şəkidə, 5-də isə Gəncədə olacaq. Elm Festivalı çərçivəsində müxtəlif məruzələr dinləniləcək, konfranslar, konsertlər, regional elmi mərkəzlərə ekskursiyalar təşkil ediləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın