Menu
Geri İrəli

Sumqayıtda gənclər üçün seminar: BİZNES PLANIN HAZIRLANMASI

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Oktyabr 2017 • Baxış sayı: 218 dəfə • Şərh yoxdur
Share Button

seminar4Bu həftənin şənbə günü Reduco Tədris Mərkəzinin Sumqayıt şəhərində yerləşən ofisində Saleh Həsənovun təqdimatında “Biznes planın hazırlanması” mövzusunda növbəti seminar keçiriləcək.
Seminarda iştirak etməklə aşağıdakı mövzularda məlumatlar əldə edəcəksiniz:

- Marketinq planı
- Satış planı
- İstehsal planı
- İnsan resursları və kadr planlaması
- Gəlir və xərclər planı
- İstehsal xərclərinin planı
- Nağd pul axını
- Hüquqi prosedurlar

Spiker haqda qısa məlumat:

Saleh Həsənov – bir çox layihələrin uğurla həyata keçirilməsində iştirak edib, layihə rəhbəri kimi fəaliyyət göstərib. Təlimçilik fəaliyyəti ilə məşğul olub. 2016-cı ildən etibarən Beynəlxalq Əmək təşkilatının təlimçisidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli təlimlərini həyata keçirib. Hal hazırda yerli şirkətlərdən birində İnsan resursları üzrə menecer vəzifəsində çalışır.

Qeyd 2: Təlimdə iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.

Təlimin Detalları:
Tarix: 07 Oktyabr
Saat: 15: 17:00
Seminara giriş: ÖDƏNİŞSİZ
Qeydiyyat üçün əlaqə vasitələri:
Tel: +994186480808
+ 994 50 375 06 66
Ünvan: Sumqayıt şəhəri, 16-cı mikrorayon, İsmət Qayıbov küçəsi, 211/1

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın