Menu
Geri İrəli

Sumqayıtda ictimai problemlərin həllində vətəndaşların iştirakçılığı müzakirə olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 22 May 2014 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur
Share Button

belediyyeSumqayıt Bələdiyyəsi və “Tərəqqi” Sosial-iqtisadi inkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən yeni layihə – “Sumqayıt və Qusarda ictimai problemlərin həllində QHT-lərlə bələdiyyələrin birgə əməkdaşlığının formalaşdırılaması” layihəsi çərçivəsində Sumqayıt Bələdiyyəsinin məhəllə komitələri fəallarının, Bakı və Sumqayıtın QHT və digər ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilib.

Sumqayıtın Tarixi Muzeyində keçirilən dəyirmi masada layihə rəhbəri İndira Şəmsivari yeni layihə barəsində məlumat verərək bildirib ki, onun reallaşdırılmasında əsas məqsəd Sumqayıt və Qusar bələdiyyələri ilə qeyri-hökumət təşkilatları arasında işgüzar dostluq əlaqələrinin, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsidir. Layihə çərçivəsində görülən işlərdən söhbət açan İB sədri qeyd edib ki, Sumqayıt və Qusar bələdiyyələri nəzdində fəaliyyət göstərən icma təşkilatları ilə son vaxtlar bir sıra görüşlər keçirilib, icma rəhbərləri və sakinlərlə fərdi söhbətlər aparılaraq, onları narahat edən problemlər öyrənilib, QHT qurumlarının həmin problemlərin həlli istiqamətində görə biləcəyi iş və tədbirlər müzakirə edilib. Layihənin reallaşdırılmağa başlanıldığı ötən 4 ay ərzində artıq bir-neçə icmada mövcud olan problemlərin QHT-lərin səyi ilə uğurla həll olunduğu diqqətə çatdırılıb.

Tədbirdə çıxış edən Sumqayıt Bələdiyyəsinin icraçı katibi Akif Kərimov son illərdə ölkə Prezidentinin respublikamızın bütün reğionlarında xalqımızın sosial-məişət şəraitinin, istirahət və sağlamlığının yaxşılaşdırılması sahəsində göstəriş və tapşırıqlarını rəhbər tutan Sumqayıt Bələdiyyəsi tərəfindən görülən işlər, Azərbaycanda ilk təşəbbüs və qabaqcıl bir təcrübə olaraq yaradılmış məhəllə komitələrinin fəaliyyətinin çoxşaxəliliyinə nail olunması və səmərəliliyinin artırılması metodları barədə “Dəyirmi masa” iştirakçılarına geniş məlumat vermişdir. Həyata keçirilən layihələr barəsində danışan A.Kərimov Sumqayıt Bələdiyyəsinin qeyri-hökumət təşkilatları ilə əməkdaşlığının ildən-ilə daha da genişləndiyini qeyd etmişdir. Bu cür sıx və səmərəli əməkdaşlığın, yerli icmalarda aparılan işlərin nəticəsi olaraq, Sumqayıtda vətəndaşların qaldırdıqları bir-çox sosial-məişət problemləri vaxtında, təxirə salınmadan həll olunur.

“Tərəqqi” Sosial-iqtisadi inkişaf İctimai Birliyinin tədbirdə çıxış edən eksperti Ədil Ədilzadə Bələdiyyə və qeyri-hökumət təşkilatlarının əməkdaşlığının inkişaf etdirilməsinə dövlət tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırmışdır. O qeyd etmişdir ki, Bələdiyyələrin hüquqi-normativ bazasının və büdcələrinin formalaşdırılması istiqamətində son illərdə respublikamızda mühüm tədbirlər həyata keçirilmiş, idarəetmədə ortaya çıxan bir sıra problemlər aradan qaldırılmışdır. Məhz bunun nəticəsidir ki, son zamanlar bələdiyyələr daha səmərəli fəaliyyət göstərirlər.

Tədbirdə QHT-lərə Dövlət Dəstəyi Şurasının nümayəndəsi Gülsəba Ələsgərova çıxış edərək, Şuranın bələdiyyələrlə əlaqəli fəaliyyəti, bu əlaqələrin genişləndirilməsi imkanları barədə məlumat vermiş, QHT – Bələdiyyə münasibətlərinin formalaşdırılaraq, yeni mərhələyə yüksəldilməsinin vacibliyini qeyd etmişdir.

Bakının Yasamal Bələdiyyəsinin nümayəndəsi, “Qadın hüquqlarının müdafiəsi” Respublika Cəmiyyətinin sədri Mehriban Abdullayeva, N.Tusi adına Bakı Dövlət Pedaqoji Universitetinin dosenti İradə Əliyeva, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədr müavini, həmin qurumun Sumqayıt şəhər şəbəsinin sədri Mübariz Quliyev və digərləri layihə ətrafında diskussiyalarda iştirak etmişlər. Qeyd edilmişdir ki, bələdiyyələrin donor təşkilatlara çıxış imkanlarının məhdud olmasını, bu səbəbdən onların bir sıra layihələrdə iştirak edə bilməməsini nəzərə alaraq, vətəndaşların qarşılaşdığı sosial-məişət problemlərinin həllində bələdiyyələrin rolunu daha da artırmaq məqsədilə Bələdiyyə – QHT münasibətlərinin möhkəmləndirilməsinə ciddi ehtiyac vardır.

Tədbirdə layihə çərçivəsində Sumqayıt və Qusar bələdiyyələri ilə “Tərəqqi” Sosial-İqtisadi İnkişaf İctimai Birliyi arasında “Dostluq qrupu”nun yaradılmasının və bu qrupun uzunmüddətli, səmərəli fəaliyyətinin təmin edilməsinin vacibliyi qeyd edilmişdir.

Tədbirin sonunda karate üzrə sumqayıtlı məşqçi, SKİ klubunun prezidenti Mehman Əlirzayev bu ilin mart ayında Türkiyədə keçirilən beynəlxalq yarışdan qələbə və prizlərlə qayıtmış 4 azyaşlı yetirməsinin həmin yarışda iştirakına köməklik göstərdiyinə görə “Tərəqqi” Sosial-iqtisadi inkişaf İctimai Birliyinin sədri, Sumqayıtın 30-cu məhəllə üzrə 1 saylı məhəllə komitəsinin sədri İndira Şəmsivariyə Türkiyə Karate Federasiyasının prezidenti adından Fəxri-fərman təqdim etmiş və uşaq idmanının inkişafına diqqət və qayğısına görə ona təşəkkürünü bildirmişdir. İndira xanım isə öz növbəsində yeniyetmə karateçilərə qiymətli hədiyyələr təqdim etmiş və onlara daha böyük idman qələbələri arzulamışdır.

Sonda xatirə şəkilləri çəkilmişdir.

Orxan MƏMMƏDZADƏ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın