Menu
Geri İrəli

Sumqayıtda “Marketinqin əsasları” mözusunda təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Aprel 2014 • Baxış sayı: 431 dəfə • Şərh yoxdur
Sumqayıt Gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi
 t8
 13 aprel 2014-cü ildə  Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sumqayıt Gənclərinin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində “Marketinqin əsasları” mözusunda təlim keçirilib.
Layihənin məqsədi  Sumqayıt gənclərinin  sahibkarlıq fəaliyyətində marketinqin əsasları, marketinq planın hazırlanması, onun növləri, rəqibləri tanıma, tələbatın araşdırılması və s, mövzularda marifləndirmək idi.
Sözü gedən tədbirdə 27 nəfər  iştirakçı gənclərlə yanaşı,  KİV-lər,  tanınmış təlimçilərdə iştirak etmişdir.
Layihə çərçivəsində  Gənclərə sahibkarlıq fəaliyyətinə, yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, öz işlərini  səmərəli istifadə etmək üçün məlumatlar vermək, və s. kimi  mövzuları  əks etdirən  təqdimatlar  hazırlanaraq,  maarifləndirici bukletlər nəşr edilmişdir.
Layihə rəhbəri: Arzu Qafarov
Facebook Şərhləndirmə:

Şərhinizi yazın