Menu
Geri İrəli

Sumqayıtda “Xocalı Soyqırımı”nın 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2017 • Baxış sayı: 185 dəfə • 1 şərh

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Gənc Müəllimlər Şurası və Heydər Əliyev Mərkəzi ilə birgə 23 fevral 2017-ci il tarixində Mərkəzdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları, ictiami-fəal gənclər, gənc müəllimlər, tələbə və şagirdlərin iştirakı ilə “Xocalı Soyqırımı”nın 25-ci il dönümünə həsr edilmiş tədbir keçirmişdir.

Tədbir iştirakçıları əvvəlcə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzininşagirdlərinin əl işlərindən ibarət “Xocalıya Ədalət” adlı sərgi ilə tanış olmuş,Xocalı faciəsini, ermənlərin törətdiyi insanlığa sığmayan cinayətləri əks etdirən əl işlərindən ibarət sərgidə  fərqlənmiş üç əsərin müəllifinə Baş İdarənin xatirə hədiyyələri təqdim edilmişdir.

Mərkəzin dəyirmi masa zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Daha sonra iştirakçılara erməni silahlı dəstələrinin Xocalıda törətdikləri soyqırımı əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Baş İdarənin Gənclərlə iş sektorunun müdiri Ceyhun Hüseynov, Gənc Müəllimlər Şurasının sədri Aygün Rəhimova, Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, Gənclər Evinin əlaqələndiricisi Pəri Vəliyeva dövlətimizinXocalı Soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü məqsədyönlü işlərdən,Heydər Əliyev Fondunun başlatdığıtəbliğat kompaniyasından, şəhər rəhbərliyinin tapşırığı ilə soyqırımın iyirmi beşinci ildönümü ilə bağlı keçiriləcək tədbirlər planınından, ermənilərin işğalçı siyasətindən, müxtəlif illərdə xalqımıza qarşı törədilən vəhşiliklərdən və bu kimi faciələrə dünya ictimaiyyətinin biganəliyindən danışmışlar.

Hadisələrin canlı şahidi olmuşXocalı sakinləri Cavid Ələkbərov və Əli Əyyubov çıxışlarında həmin günün dəhşətli anlarından, ermənilərin insanları vəhşiliklə öldürməsindən, işgəncə faktlarından danışaraq gənclərimizi  tariximizdə yaşananları diqqətlə öyrənməyə, onlardan ibrət almağa və nəticə çıxarmağa, hadisələri dünya ictimaiyyətinə təbliğ etməyə dəvət etmişdir.

Sonda iştirakçılara Baş İdarənin “Xocalı Faciəsi” adlı maarifləndirici xarakterli bukletləri paylanılmışdır.

unnamed (1) unnamed (2) unnamed (3) unnamed (4) unnamed

Facebook Şərhləndirmə:

“Sumqayıtda “Xocalı Soyqırımı”nın 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirildi” yazısına bir cavab

  1. Adi lazim deyil deyir:

    24.02.2017. Tarixin de 30nomreli sagirdlerin ve tarix muellimemiz Nəsibə müəllimənin kecirdiyi tedbirde Heydər Əliyev mərkəzində baş tutmuşdur.

Şərhinizi yazın