Menu
Geri İrəli

48 yaşlı Sumqayıt teatrı – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Mart 2017 • Baxış sayı: 163 dəfə • Şərh yoxdur
teatr-binaHüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının yaranmasından 48 il ötür.
1969-cu il martın 14-də ilk dəfə Sumqayıt tamaşaçılarını salamlayan teatrda M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyası oynanılıb. Biri-birinin ardınca bu teatra işləməyə gələn Xalq artistləri Barat Şəkinskaya, Rza Əfqanlı, Əliağa Ağayev, Məlik Dadaşov, əməkdar artistlər Sadıq Həsənzadə və Məmmədcəfər Cəfərov gənc aktyorlara səhnə sirrlərini öyrətməklə yanaşı sanballı tamaşaların hazırlanmasında da əllərindən gələni əsirgəməyiblər.Sumqayıt teatrı bir çox benəlxalq festivalların iştirakçısı olub və müxtəlif dərəcəli diplomlarla təltif olunub. 48 yaşlı kollektiv keçirilən bütün teatr festivallarında fəal çıxış edərək maraqlı və sanballı tamaşalar sərgiləyib. İndiyədək tetarın səhnəsində 300-dən artıq tamaşa oynanılıb.
Ramil Zeynallı
Facebook Şərhləndirmə:

Şərhinizi yazın